Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

31.03.2021 17:15
  • A-
  • A
  • A+

Botanika elminin aktual problemləri müzakirə olunub

Botanika elminin aktual problemləri müzakirə olunub

AMEA-nın Botanika İnstitutunda Elm günü çərçivəsində “Botanika elminin aktual problemləri” mövzusunda onlayn seminar keçirilib. 

Tədbirdə çıxış edən institutun direktoru, akademik Validə Əlizadə tədbir iştirakçılarını əlamətdar və tarixi gün münasibətilə təbrik edib. V.Əlizadə ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi və Azərbaycanda elmə verilən yüksək dəyəri diqqətə çatdırıb, Botanika İnstitutunda aparılan müasir elmi-tədqiqatların əhəmiyyəti barədə məlumat verib, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi istiqamətində strateji əhəmiyyətli tədqiqatların aparılması, ümumiyyətlə, botanika elminin inkişafında innovativ fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra müəssisənin elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov “Qarabağın bitki ehtiyatları və onların istifadə perspektivliyi”, b.e.d. Dilzarə Ağayeva “Göbələk patogenləri, invaziyalar və biotəhlükəsizlik”, b.e.d. Pərvanə Qaraxani “Qarabağ florasının tədqiqi”, b.ü.f.d. Rəşad Səlimov “Müasir Azərbaycan elektron florasının inkişafı” mövzularında çıxış ediblər. Məruzələrin sonunda suallar ətrafında geniş müzakirələr aparılıb, o cümlədən iştirakçılar Qarabağ ərazisində floranın tədqiqi üzrə aparılacaq bir sıra tədqiqat məsələləri barədə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: