31 mart 1918ci il. Bəli bu tarix “Böyük Ermənistan” adlı xülyanın arxasınca qaçan ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının tarixidir və bu gün bu soyqırımından 103 il ötür.
Tarix elmləri doktoru, professor Anar İsgəndərov deyir ki, 1905-1906-cı illərdə erməni müsəlman qırğını baş verərkən əslində azərbaycanın demokratik ziyalılarına belə gəldi ki, bu iki qonşu xalq arasında məişət narazılığıdır. Ancaq çox təəssüflər olsun ki, Böyük Ermənistan planını reallaşdırmaq üçün Daşnaksütyun partiyası birmənalı olaraq türk müsəlmanlarını özünə düşmən elan etdi. 1-ci dünya müharibəsi dövründə Osmanlı dövlətinə qarşı münasibətdə bu özünü göstərdi.
Tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə vurğulayıb ki, 31 mart ermənilərin təşkilatçılığı ilə planlı və məqsədli şəkildə həyata keçirilib. Çünki bu siyasətin arxasında dövlət qurumu durub. Hadisələrin soyqırım kimi qiymətləndirilməsinə gəlincə.
Daha ətraflı Elm Tv-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.