Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КУЛЬТУРА

02.04.2021 10:25
  • A-
  • A
  • A+

Çovdar nekropolundan olan tapıntılar üzərində kameral tədqiqatlar davam edir

Çovdar nekropolundan olan tapıntılar üzərində kameral tədqiqatlar davam edir

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində kameral tədqiqatlar davam etməkdədir.

Tədqiqatları aparan “Daşkəsən” arxeoloji ekspedisiyasına  institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilov rəhbərlik ediblər. Arxeoloji araşdırmalar zamanı Son Tunc - İlk Dəmir dövrünə (e.ə. II minillyini II yarısı - e.ə. I minilliyin əvvəli) aid olan nekropoldakı daş qutu və torpaq qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan çoxsaylı maddi mədəniyyət nümunləri (məişət, mərasim və bəzək əşyaları, silahlar o cümlədən, küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr və d.) aşkar edilib.

Kameral işlərə rəhbərlik edən Səfər Aşurov və Bəxtiyar Cəlilovun bildirdiyinə görə, hal-hazırda ekspedisiya üzvləri olmuş institut əməkdaşları Lola Əkbərova, İlahə Nəhmətova və Fidan Əliyeva Çovdar nekropolunda aşkar edilmiş maddi mədəniyyət nümunələrinin, xüsusilə, keramika məmulatlarını bərpa etməkdədirlər. Həmçinin, institutun Antropologiya Mərkəzinin əməkdaşları Həsənov Vüsal və Allahverdiyeva Ülkər nekropoldan aşkar edilmiş qədim insan qalıqlarını antropoloji tədqiqata cəlb ediblər.

Xatırladaq ki, 2019-cu ildə “AzerGold” QSC ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında aşkar edilmiş qədim məzarlıqda tədqiqatlar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: