Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

İmmun sisteminə təsir etməklə psixi xəstəliklərin müalicə üsulları araşdırılır
23.04.2021 12:05
  • A-
  • A
  • A+

İmmun sisteminə təsir etməklə psixi xəstəliklərin müalicə üsulları araşdırılır

Hər gün dəfələrlə immun sistemi terminini eşidirik. Bəs, bu terminin mənası nədir? Körpə dünyaya gəldiyi anda xarici mühitdə saysız hesabsız mikroorqanizmlərlə üz-üzə qalır. Məhz immun sisteminin gücləndirilməsi ilə bir çox xəstəliklərin qarşısı alınır. Yəni immun sistemi doğulduğumuz andan qüsursuz bir şəkildə işləməyə başlayan vahid bir qoruma mexanizmidir. Orqanizmin digər bir vahid sistemi isə insan bədəninin duyğu reseptorları vasitəsi ilə stimullaşdırılması və daxili orqanların fəaliyyətinin tənzimlənməsində iştirak edən sinir sistemidir.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Xatirə Səfixanova bu iki sistemin qarşılıqlı əlaqəsinin öyrənilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

Tədqiqatçı bildirib ki, immun sisteminə təsir etməklə profilaktik tədbirlərin müəyyən edilməsi, eləcə də müalicə strategiyasının hazılanması üçün yeni imkanlar yaranır.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: