Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

31.01.2022 15:30
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi şurasının 2022-ci ildə hibrid formatda ilk iclası keçirilib.

İclasda şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin əməkdaşları iştirak ediblər.

Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.

Öncə 2 fevral - Gənclər Günü münasibətilə sözügedən müəssisənin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva, GAMŞ-ın üzvü Nurlanə Məmmədova və elmi işçi Aysel Qurbanova “İlin gənc alimi” - 2021 nominasiyası üzrə Ədəbiyyat İnstitutunun Fəxri fərmanı ilə təltif olunublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında institutun baş direktoru, akademik İsa Həbibbəyli məlumat verib. Bildirib ki, bununla bağlı konfransların təşkili və monoqrafiyanın çapı nəzərdə tutulur.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi İli” ilə əlaqədar həyata keçirilmiş tədbirlərin hesabatı və qarşıda duran vəzifələr barəsində danışan akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsi tərəfindən hazırlanmış və yeni çapdan çıxmış “Nizami Gəncəvi Həyatı və yaradıcılığı” kitabının əhəmiyyətindən söz açıb.

Daha sonra elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvi İli”ndə  institutun 15 əməkdaşının Mədəniyyət nazirliyinin mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.

Elmi şurada, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2022-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının müzakirəsi və təsdiqi, Elmi şuranın 2022-ci il üçün “İş planı”nın müzakirəsi və təsdiqi, institutun 2022-ci il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi məsələsinə baxılıb.

“Ədəbi proses - 2020-2021” yaradıcılıq müşavirəsinin keçirilmə vaxtı 2022-ci il mart ayının ilk həftəsinə müəyyən olunub.

Elmi şurada bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: