Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Gənc tədqiqatçı” jurnalının 2022-ci il üçün nəzərdə tutulan ilk sayı işıq üzü görüb
13.07.2022 12:38
  • A-
  • A
  • A+

“Gənc tədqiqatçı” jurnalının 2022-ci il üçün nəzərdə tutulan ilk sayı işıq üzü görüb

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” adlı elmi-praktiki jurnalının 2022-ci il üçün nəzərdə tutulan ilk sayı işıq üzü görüb.

Bədii və texniki tərtibat baxımdan yenidən işlənilmiş jurnalın bu sayına AMEA-nın institut və təşkilatlarında, eləcə də, digər yerli təhsil və tədqiqat müəssisələrində çalışan və əsasən yaşı 35-ə qədər olan gənc alim, elmi işçi, doktorant, dissertantların müəllifliyi ilə elmin müxtəlif sahələrinə dair məzmun və elmi səviyyəsi yüksək olan tədqiqat və xülasə tipli məqalələr daxil edilib.

Qeyd edək ki, jurnal AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildən nəşr edilir. “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnal dövri olaraq ildə iki dəfə çap olunur. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir və 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məqalələrin qəbulu həyata keçirilir. Jurnalın tələb, qaydaları və yeni sayı ilə gencalimler.az saytından tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: