Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

17.01.2023 11:10
  • A-
  • A
  • A+

Musiqişünas Sürəya Ağayeva beynəlxalq konqresdə çıxış edib

Musiqişünas Sürəya Ağayeva beynəlxalq konqresdə çıxış edib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəya Ağayeva Türkiyənin Antalya şəhərində keçirilən “Rast” 2-ci Beynəlxalq Musiqişünaslıq Konqresində (IRMC) çıxış edib.

S.Ağayevanın məruzəsi “Muğam janrının türk köklərinin tədqiqi problemi haqqında” məsələyə həsr olunub. S.Ağayeva ilkin yazılı qaynaqların müxtəlif şərq dillərində qələmə alınmış orta əsr əlyazmalarının müqayisəli elmi təhlili əsasında orta əsr aşıqlarının ifasında türk çalğı alətlərində – nəfəsli nay-çavurda və simli şidirquda səslənən “Üşşaq”, “Nəva”, “Busəlik”, “Novruz bayatı” muğamlarının türk köklərinə malik olmasına dəlalət edən faktlar təqdim edib.

Həmçinin Sürəya Ağayeva Azərbaycanın görkəmli elm xadimi Səfiəddin Urməvinin (XIII əsr) “Üşşaq” muğamının türklərə məxsus cəsarət və şücaət hisslərini dinləyicilərə aşılayan emosional xüsusiyyətləri haqqında söylədikləri ilə bir neçə minilliklər əvvəl Mesopotamiyada Ziqqurat (Ciqqır At) məbədində səslənən eyni adlı melodiya arasında qurduğu əlaqə elmi auditoriyada maraq doğurmuşdu. S. Ağayeva qeyd edib ki, silindrin üzərində yazılmış mixi yazının alim T.Azərtürk tərəfindən prototürk dilində deşifrə edilməsi türk musiqi mədəniyyətinin qədimliyini bir daha təsdiqləyir.

Yekunda Azərbaycan musiqişünası qeyd etdi ki, bu və bir çox digər az məlum olan faktlar türk musiqi mədəniyyətinin yayılmasının coğrafi genişliyinə dəlalət edir və yeni, obyektiv elmi araşdırmalar tələb edir.

S. Ağayeva ümidvar olduğunu bildirib ki, gənc musiqişünaslar Qədim və Orta əsrlər türk musiqisi tarixinin tədqiqatçıları sırasında öz layiqli yerlərini tutacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: