Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  АНОНС

Əlyazmalar İnstitutunda “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda konfrans keçiriləcək
11.03.2026 11:40
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda konfrans keçiriləcək

20 aprel 2026-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, dramaturq Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini cari ilin 18 mart tarixinədək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat 5-10 aprel tarixlərində veriləcək.

Qəbul şərtləri:

- Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən alim və tədqiqatçılar qatıla bilərlər;

- Doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır);

- Konfransın dili Azərbaycan, türk, rus və ingiliscədir;

- Xülasə ingilis dilində, 150-250 sözdən ibarət olmalı və mətnin əvvəlində verilməlidir (ingilis, rus və türkcə mətnlərdə isə azərbaycanca);

- 5 açar söz qeyd olunmalıdır;

- Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm, abzas 1 sm, interval 1,15.

- Məruzə mətninin adı böyük hərflərlə ortada, məruzəçinin adı, soyadı, doktorantı (magistr) olduğu müəssisə və ya işlədiyi yer, e-mail ünvan səhifənin sağ tərəfində qeyd olunmalıdır;

- Məruzənin tam mətninin həcmi 6-8 səhifə olmalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur);

- Ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun hazırlanmalı (şablonda qeyd olunub) və istinadlar böyük mötərizədə göstərilməlidir. Məsələn, [2, s.23];

- Məruzə mətnləri göndərilərkən konfransın hansı bölməsinə aid ediləcəyi haqqında qeyd e-mailin mövzu hissəsində göstərilməlidir;

- Məruzə mətni tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq;

- Məruzənin tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir;

- Məruzə mətni konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi Heyət tərəfindən dəyərləndiriləcəkdir;

- Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur.

Məruzə mətnləri semedvurgun120@gmail.com elektron ünvanına göndərilməlidir (nümunəyə buradan baxa bilərsiniz).

Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

Mətnşünaslıq;

Ədəbiyyatşünaslıq;

Folklorşünaslıq;

Türkologiya;

Mədəniyyətşünaslıq.

Konfrans aşağıdakı mövzuları əhatə edir:

- Səməd Vurğun irsi əlyazmalarda;

- Səməd Vurğun xatirələrdə;

- Səməd Vurğun və dünya ədəbiyyatı;

- Şair, dramaturq Səməd Vurğunun Azərbaycan ədəbiyyatında mövqeyi;

- Səməd Vurğun və uşaq ədəbiyyatı;

- Səməd Vurğun ədəbiyyatşünas alim kimi;

- Səməd Vurğunun tərcüməçilik fəaliyyəti.

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küç. 26;

Tel: (+994) 050 541 78 84

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: