20 aprel 2026-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini cari ilin 18 mart tarixinədək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat 5-10 aprel tarixlərində veriləcək.
Qəbul şərtləri:
- Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən alim və tədqiqatçılar qatıla bilərlər;
- Doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır);
- Konfransın dili Azərbaycan, türk, rus və ingiliscədir;
- Xülasə ingilis dilində, 150-250 sözdən ibarət olmalı və mətnin əvvəlində verilməlidir (ingilis, rus və türkcə mətnlərdə isə azərbaycanca);
- 5 açar söz qeyd olunmalıdır;
- Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm, abzas 1 sm, interval 1,15.
- Məruzə mətninin adı böyük hərflərlə ortada, məruzəçinin adı, soyadı, doktorantı (magistr) olduğu müəssisə və ya işlədiyi yer, e-mail ünvan səhifənin sağ tərəfində qeyd olunmalıdır;
- Məruzənin tam mətninin həcmi 6-8 səhifə olmalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur);
- Ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun hazırlanmalı (şablonda qeyd olunub) və istinadlar böyük mötərizədə göstərilməlidir. Məsələn, [2, s.23];
- Məruzə mətnləri göndərilərkən konfransın hansı bölməsinə aid ediləcəyi haqqında qeyd e-mailin mövzu hissəsində göstərilməlidir;
- Məruzə mətni tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq;
- Məruzənin tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir;
- Məruzə mətni konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi Heyət tərəfindən dəyərləndiriləcəkdir;
- Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur.
Məruzə mətnləri semedvurgun120@gmail.com elektron ünvanına göndərilməlidir (nümunəyə buradan baxa bilərsiniz).
Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:
- Mətnşünaslıq;
- Ədəbiyyatşünaslıq;
- Folklorşünaslıq;
- Türkologiya;
- Mədəniyyətşünaslıq.
Konfrans aşağıdakı mövzuları əhatə edir:
- Səməd Vurğun irsi əlyazmalarda;
- Səməd Vurğun xatirələrdə;
- Səməd Vurğun və dünya ədəbiyyatı;
- Şair, dramaturq Səməd Vurğunun Azərbaycan ədəbiyyatında mövqeyi;
- Səməd Vurğun və uşaq ədəbiyyatı;
- Səməd Vurğun ədəbiyyatşünas alim kimi;
- Səməd Vurğunun tərcüməçilik fəaliyyəti.
Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küç. 26;
Tel: (+994) 050 541 78 84
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.