Noyabrın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, Yer elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və baş direktorun müavinləri, Elmi-Texniki Şuranın üzvüləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclasda əvvəlcə ETŞ-nin gündəliyi təsdiqlənib. Həmçinin ETŞ-nin keçmiş üzvü, akademik Pərviz Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra RSXM-nin Elmi-Texniki Şurasının yeni tərkibi təsdiqlənib.
Qeyd edək ki, iclasda mərkəzin müvafiq şöbələrinin rəhbərləri 2026-cı il ərzində aparılan elmi tədqiqat işləri və alınmış nəticələrə dair məruzələrlə çıxış ediblər. Müzakirələrdən sonra məruzələr qəbul olunub. İclasda həmçinin RSXM-nin alimləri tərəfindən hazırlanmış monoqrafiyaların müzakirəsi keçirilib və ETŞ üzvləri tərəfindən həmin monoqrafiyaların çap edilməsi haqqında qərar qəbul edilib.
İclasda təşkilatdaxili bəzi məsələlərə də baxılıb və müvafiq qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.