Veb-sayt | ||
Ünvanı |
AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24 |
|
Tel. |
(+994 24) 2460411 (+994 24) 2461712 |
|
Faks |
(+994 24) 2461712 |
|
Elektron poçtu | shrem@science.az | |
Direktor |
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (+994 24) 2461712 (+994 50) 6556868 y.shukurlu@shrem.science.az |
|
Direktor müavinləri |
elmi işlər üzrə Biologiya üzrə fəlsəfə doktoru (+994 24) 2460504 (+994 50) 6126564 (+994 77) 6126564 f.azizov@shrem.science.azRəhim Həmid oğlu Abdurahmanov ümumi işlər üzrə (+994 24) 2440747 (+994 50) 6480887 |
|
Elmi katib |
Vəfa Elman qızı Atayeva (+994 50)-501-99-21 (+994 55) -869-02-16 |
|
Mərkəzin yaranma tarixi |
Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 1972-ci il tarixli iclasnın qərarı ilə akademiyanın Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası (ŞZEB) yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi. Sonralar Elmi Bazada müvafiq qruplar “Geologiya”, “Genofond”, “Biokimya” və “Biofizika” qrupları yaradılmışdır. Akademiyanın Rəyasət Heyətinin 6.04.1995-ci il 13/1 saylı qərarına əsasən Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verildi. Həmin qərarla Elmi Mərkəzdəki beş tədqiqat qrupu laboratoriyaya çevrildi və əlavə olaraq iki yeni - Sellərin öyrənilməsi və Folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıaraq, laboratoriyaların sayı 7-yə çatdırıldı. 2014-cü ildə Şəki Regional Elmi Mərkəzdə AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq, struktur dəyişiklikləri həyata keçirilmişdir. Labaratoriyalar şöbə kimi adlandırılmışdır. Şöbələrin fəaliyyət istiqamətlərinə görə yeni adları Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biokimyası, Ekoloji biofizika, Tut ipəkqurdunun seleksiyası, Bitkilərin biomüxtəlifliyi və Genofondu, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya, Tarix, arxeologiya və epiqrafika şöbələri kimi təsnif edilmişdir. |
|
Əsas fəaliyyət istiqamətləri |
1.Təbii fəlakətlərin və texnogen sferadakı baş verə biləcək təhlükələrin proqnozlaşdırılması və operativ məlumatlandırılması 2.Regionlar üzrə ekosistemə dair tədqiqatların aparılması, ekoturizm potensialından səmərəli istifadənin yollarının müəyyənləşdirilməsi 3.Ətraf mühitin mühafizəsi və təbii ehtiyatların, o cümlədən bioloji müxtəlifliyin tədqiqi və səmərəli istifadəsində müasir yanaşmalar 4.Regionlarda yabanı bitkilərin genetik ehtiyatlarının təbii areallarında tədqiqi, mühafizəsi, bərpası, çoxaldılması, reintroduksiyası və səmərəli istifadəsi üzrə fəaliyyətin həyata keçirilməsi 5.Azərbaycanın insan, heyvan və bitki genefondunun tədqiqi, genetik kolleksiyalarının və məlumat bazalarının yaradılması 6.“Milli-mənəvi irsin dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasına aid məsələlərin işlənib hazırlanması, Azərbaycan tarixinin, xüsusən ən yeni tarixin tədqiqi” |
|
Əldə etdiyi əsas elmi nəticələr |
Şəki Regional Elmi Mərkəzi, bu günə qədər 18 Müəlliflik Şəhadətnaməsi və 5 Patent almışdır. Kitab və monoqrafiyalarının sayı 82 təşkil edir. 1.Şimal-qərb bölgəsinin müxtəlif çay yataqlarından götürülmüş 40-dan artıq gil və lil nümunələrinin spektral analizi aparılmış, onların mineral tərkibi və bu tərkibdə ilkin maqmatik süxurlarla bağlı MgO və TiO2 kompanentlərinin miqdarının Mazımçay ərazisində, müvafiq olaraq, 3,5% və 1,14%, olduğu müəyyən edilmişdir. Bunun əksinə olaraq, Şəki rayonu Dəhnəçay ərazisindən götürülmüş nümunələrdə MgO və TiO2-nin xeyli aşağı, CaO-nin miqdarı isə yüksək 20,18% olması onların ilkin karbonatlı süxurlardan yarandığını bildirir. 2.Tərkibində Al2O3-ün miqdarı yüksək olan gil nümunələrinin analizi göstərir ki, onların tərkibində K2O-nin miqdarı yüksək olub, Qayabaşı karxanasında 3,32%, Şəki Kərpic zavodu karxanasında 3,09%, Oxud gil torpağında – 2,47% təşkil edir ki, bu da o süxurların kərpic istehsalı üçün yararlı olduğunu deməyə əsas verir. 3.Azərbaycanın Şəki-Zaqatala bölgəsində səhralaşma prosesi ərazinin təbii şəraitindən xüsusilə, antropololoji, relyef, iqlim, bioloji və s. asılı olaraq müxtəlif intensivlikdə təzahür edir. Bölgədə quraqlığın tədricən ilbəil artması, havanın temperatur və rütubət rejimində baş verən indifferent dəyişmələr, meşələrin məhv edilməsi, suvarılan əkin sahələrinin zaman ərzində şoranlaşması, torpağın tullantılarla çirklənməsi, yaylaqların ifrat otarılması və s. səbəblər ərazinin ekoloji tarazlığına mənfi təsir göstərməkdə davam edir. 4.Zaqatala-Balakən polimetal yataqlarının aşınma materiallarından ibarət olan lil məhsulları mühüm əhəmiyyət kəsb edir. İrimiqyaslı topoqrafik xəritələrdən istifadə edərək götürülən (Mazımçay, Balakənçay və Katexçayın gətirmə konuslarında) nümunələrdə hidrotermal prosesin indikatorları – Cu, Zn, Pb və Mo elementlərinin miqdarının artması xarakterikdir. Kimyəvi elementlərdən Fe, Co, Cu, Zn və s. çayların lil materialında orta fona nəzərən yüksəlməsi bu ərazilərdə biogeokimyəvi proseslərin intensiv getməsilə əlaqədar olaraq torpaqların da faydalı mikroelementlərlə zənginləşməsinə səbəb olmuşdur. 5.Böyük Qafqazın cənub yamacının sel əmələgətirici ocaqlarının müəyyənləşdirilməsi istiqamətində aparılan tədqiqatlar sayəsində Şəki rayonunda - Kiş çayının “Damarçın” qolunun (N-41°15ʹ17ʺ, E-47°13ʹ30ʺ) ərazisində 172 metr uzunluğa malik sahilboyu terrasın yuyulması və ərazidəki 62ha rekreasiya şam meşəsinin şimal istiqamətində real selbasma təhlükəsinin yarandığı müəyyən edilmişdir. 6.Azərbaycan və Gürcüstan dövlət sərhəddi boyunca Mazımçayda sahil ərazilərində yuyulma prosesi intensivləşib. (41047'31.45" C / 46019'58.80" B, h = 410 m) 7.Balakənçayda Filizçaydan axıdılan tullantılar hesabına çirklənmələr müşahidə olunur. (41044'24.39" C / 46023'20.13" B, h = 346 m) 8.Zaqatalanın Talaçayda gətirmə materiallarının miqdarı yüksək səviyyədədir, hətta şəhər ətrafı ərazidə çay yatağı ilə sahil ərazisi eyni hündürlükdə müşahidə edilməkdədir. (41037'18.95" C / 46038'20.49" B, h = 477 m) 9.Yarpaqlarda ekstraktiv maddələrin miqdarı Xarkovskiy növündə-16,7 %, Quyruqlu növündə - 15,6 %, Lera növündə 11,0 %, Baqryanaya növündə -12,5 % olmuşdur. Yarpaqlarda xam zülalın miqdarı mütləq quru maddə hesabında(nisbətində): Quyruqlu növündə -3,10% , Baqryanaya növündə -3,08 %, Xarkovskiy növündə - 3,23%, Lera növündə - 3,18 % olmuşdur. Toxumlarda isə xam zülalın miqdarı: Quyruqlu növündə -14,87% , Baqryanaya növündə -14,0%, Xarkovskiy növündə - 18,20%, Lera növündə -15,75% olmuşdur. 10.Amarant bitkisinin Lera növünün toxumundan ekstraksiya üsulu ilə alınmış yağın tərkibində doymamış yağ turşularının miqdarı: olein-22,30 %, linol- 46,0%; doymuş yag turşularının miqdarı: palmitin- 20,40 %, stearin – 3,26 % olmuşdur. Həmin növdən alınmış amarant yağının spesifik xüsusiyyətləri: yod ədədi – 102 (J2/100q), turşu ədədi- 1,05 mq KOH/q, sabunlaşma ədədi – 183,0 mq KOH/q olmuşdur. Açıq havada qurudulmuş amarantın Lera növünün toxumlarının tərkibində nişastanın miqdarı 57 %-ə yaxın olmuşdur ki, bu da nişasta alınması üçün dəyərli xammal kimi qiymətləndirilə bilər. 11.Müəyyən olunmuşdur ki, amarant bitkisinin Lera növünün təzə toplanmış yarpaqlarında C vitaminin miqdarı ~99 mq/%, sabit kütləyə qədər qurudulmuş yarpaqlarda isə~184,80 mq/% təşkil edir. 12.Amarant bitkisinin Lera növünün toxumlarından soyuq sıxma üsulu ilə 3%-ə qədər yağın çıxarılmasının mümkünlüyü və tərkibində 64 mq/% E vitaminin olması bu yağın antioksidant xassəyə malik olduğunu göstərir. 13.Amarant bitkisinin yarparlarından alınan orqanik boyaq maddələrindən istifadə etməklə zülal mənşəli (yun, təbii ipək, dəri) məmulatların və alkoqolsuz içkilərin istehsalında istifadəsi ekoloji və gigiyenik cəhətdən məqsədyönlüdür. 14.İlk dəfə olaraq amarantdan alınmış antosian boyağı ilə modifikasiya edilmiş fibroində sərbəst radikalların qatılığının boyanma müddətindən asılı olduğu təsdiqlənmiş və məlum olmuşdur ki, 20 dəqiqə müddətində boyanmış fibroində sərbəst radikallar maksimum həddə çatır. 15.60µM DPPH-in metanollu məhlulunun iştirakı ilə aparılan elektron spektroskopik analizlər göstərir ki, amarant antosianlarının antioksidantlıq qabiliyyəti 62±2% təşkil edib. 16.Müəyyən edilmişdir ki, ətraf mühitə və biosistemə zərər yetirmədən Sarağan (Cotinus coggygria) payız yarpaqlarından alınmış antosianinlərlə zəngin, ekoloji təmiz bioekstrakt ilə boyanmış kollagenin fiksasiyası və rəng çalarının intensivliyi yalnız duz məhlullarınn konsentrasiyasından deyil, həm də duzların tərkibindəki metal ionlarından asılı olub, ən effektli və təsiredici, eyni zamanda iqtisadi cəhətdən səmərəli fiksasiya edici duz FeSO4*7H2O – dəmir zəyidir 17. Mal-qara kəsimi prosesində ortaya çıxan və kollagen tərkibli ikinci növ yığıntı məhsulu olan inək qarını radioprotektor xassəsinə malik dimetilsulfoksid və xörək duzu qarışığı (DMSO+NaCl) ilə emal edilərək, həmin məhsuldan, farşında çiy halda 7%-indən istifadə etməklə, hazırlanmış 2-ci növ yarım hisəverilmiş “Şeki” adlı yüksək rentabelli kolbasanın funksional qida məhsulu kimi istifadəsinin mümkünlüyü müəyyən edilmişdir. 18.Müəyyən edilmişdir ki, amarant bitkisinin bütün növləri üçün yarpaq və çiçəklərində boyaq ekstratının toplanması dinamikası, təqribən, eynidir. Amarantdan alınmış antosianin boyağı ilə zülal mənşəli liflərin (ipək və yun) boyanması üçün şərait əldə olunmuş və optimal müddət təyin edilmişdir. (pH=5,2; T=900 C; t=20 dəq.) 19.Tut ipək qurdunun Şəki-1 x Şəki-2 hibridində nisbətən, təcrübədə olan cins və hibridlərin qrenasının (toxumunun) dirilməsi 2,5%, qurdların yaşama qabiliyyətinin 2,0-2,5%, yaş baramanın çəkisi 0,2-0,4%, yaş baramanın ipəkliliyi 1,6-3,4% yüksək olmuşdur. 20.Şəki-1 x Şəki-2 1 qram tut ipəkqurdundan alınan barama məhsulu 3,5 kq olduğu halda, təcrübədə olan ŞZEM-4, ŞZEM-4 X GE-143, GE-143 X ŞZEM-4, Yaqub , Çingiz cins və hibridlərinin 1 qram tut ipəkqurdundan alınan barama məhsulu 4,5- 5,0 kq olmuşdur. 21.Yaz yemləməsinin birinci mərhələsində olan cins və hibridlərin qrenasının (toxumunun) dirilməsi Şəki-1 x Şəki-2 nəzarət hibridinə nisbətən 2,5 %, yaşama qabiliyyəti 1,5-2,5 %, yaş baramanın çəkişi 0,7-1,18 qram, yemləmə müddəti 1,0-2,0 sutka, yaş baramanın ipəkliliyi 1,0- 2,8 % yüksək olmuşdur. 22.Şəki-1 x Şəki-2 hibridində 1 qram tut ipəkqurdundan alınan barama məhsulu 3,97 kq olduğu halda, təcrübədə olan ŞZEM-4, ŞZEM-4 X GE-143, GE-143 X ŞZEM-4, Yaqub , Çingiz cins və hibridlərinin 1 qram tut ipəkqurdundan alınan barama məhsulu 4,65- 5,05 kq olmuşdur. 23.Tut ipəkqurdunun “Yaqub”, “Çingiz” cinslərinin və “Çingiz x Yaqub”, “Yaqub x Çingiz” hibridlərinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi yanında Bitki sortlarının qeydiyyatı və Toxum nəzarəti üzrə dövlət xidməti idarəsi tərəfindən patentləşdirilməsinə qərar qəbul eilmışdır və bu tut ipəkqurdu cins və hibridlərinin təsərrüfatlarda tətbiqinə dair təkliflər hazırlanıb Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. 24.Dünya təcrübəsində ilk dəfə olaraq, İpəkçilik sənayesində istifadə məqsədi ilə Böyük tovüzgözlü (Saturnia pyri) vəhşi ipəkqurdun kəpənəkləri əldə olunmüş və laboratoriya şəraitində onların baraması alınmış, bioloji göstəriciləri müəyyən edilmişdir. “Armud saturniyasının (Saturnia pyri) ipəkçilikdə tətbiqi” adlı iddia sənədini müəlliflik şəhadətnaməsinin və patentinin alınması üçün Əqli Mülkiyyət Agentliyinə təqdim edilmiş, ilkin ekspertizanın nəticələrinə görə onun tətbiqi ixtira kimi qiymətləndirilmiş və müsbət rəy alınmışdır. 25.“Tut ipəkqurdunun seleksiyası” şöbəsində kolleksiyada olan 17 xətt cinsləri üzrə əlavə olaraq Özbəkistandan gətirilmiş 8 cins üzrə tədqiqatlar aparılıb, baramaların ayrı-ayrılıqda texnoloji göstəriciləri təyin edilmiş, üstün keyfiyyətlərə malik olan cinslərdən gələcəkdə donor kimi istifadə edilməsinin perspektivli olması müəyyən edilmişdir. 26.Şəki rayonunun dağlıq ərazilərindən toplanmış yabanı ilankölgəsi (Ferula Korov) növünün yarpağında 64.0 % su, 36.0 % quru maddə, 0.47 % azot, 1.66 % yağ, 1.30 % sellüloza, 10.0 % kül, 22.57 % azotsuz ekstraktiv maddələr, 7.28 mq% karotin və 33.0 mq % vitamin C təyin edilmişdir. 27.Müəyyən edilmişdir ki, makro və mikroelementlərdən kalium elementi bitkinin ən çox yarpaq 61632 mq/kq , çiçək 63250 mq/kq və toxum hissəsində 51485 mq/kq , kalsium yarpaq 61664 mq/kq, çiçək 25970 mq/kq və kökdə 27079 mq/kq , natrium yarpaq 32209 mq/kq , çiçək 33534 mq/kq və toxumda 30204 mq/kq , maqnezium yarpaq 76014 mq/kq, çiçək 75190 mq/kq , toxumda 75914 mq/kq, fosfor toxumda 3823 mq/kq, kükürd yarpaqda 1006 mq/kq , dəmir daha çox bitkinin qətranında 890 mq/kq , mis kök 234 mq/kq , yarpaq 239 mq/kq və toxumda 273 mq/kq, sink kök 132 mq/kq və toxumda 136 mq/kq, manqan yarpaqda 266 mq/kq , titan kök 448 mq/kq , yarpaq 407 mq/kq və qətranda 500 mq/kq, alüminium yarpaq 20295 mq/kq və çiçəkdə 20143 mq/kq, silisium yarpaq 8254 mq/kq və toxumda 7212 mq/kq, barium yarpaq 301 mq/kq və qətranda 300 mq/kq toplanır. 28.Bitkilərin orqanlarında radionuklidlər təyin edilərək müəyyən edilmişdir ki, Be-7 ən çox bitkinin çiçəyində MDA=1.32 Bk/kq , Cs -137 kökdə 6.4 ± 0.5 Bk/kq, Ra -226 qətranda 27.4 ± 0.7 Bk/kq , Ti-208 kök 7.3 ± 2.1 Bk/kq və toxumda 8.5 ± 1.20 Bk/kq , Pb-210 kökdə 8.4 ± 1.1 Bk/kq, K-40 qətranda 1889 ± 26 Bk/kq toplanır. 29.İlk dəfə olaraq Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı Yergilası (Physalis L.) və Quşarmudu (Sorbus L) dərman bitkilərinin vegetativ orqanlarının kimyəvi və biokimyəvi tərkibi öyrənilmişdir. 30.Aparılmış analizlərin nəticələri göstərir ki, Yergilasının meyvəsində 3,50 % karotin, 12,0 % şəkər, 0,30 % aşı maddəsi, 0,44% nektin, 15,0 mq % vitamin C, 0,05 mq % vitamin B1, 400,0 mq % vitamin P, 3,50 mq % vitamin E, 1,20 % flavonoidlər, 200,0 mq % katexinlər, 180,0 mq % leykoantisianlar və 350,0 mq % antosianlar vardır. Quşarmudunun meyvəsində bu göstəricilər 4,50; 13,0; 0,54; 0,48; 168,0; 0,06; 1200; 1,0; 4,0; 2,0; 290,0; 240,0; 530,0 olmuşdur. 31.Müəyyən edilmişdir ki, Quşarmudu meyvəsinin tərkibində 203,50 mq % sərbəst amin turşuları vardır ki, bunun da 71,68 %-ni arqinin, serin və tirozin təşkil edir. 32.İlk dəfə olaraq Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı Quşarmudu (Sorbus L.) və Yergilası (Physalis L.) dərman bitkilərinin meyvə və yarpaqlarında makro və mikroelementlərdən- K, Na, Mg, Ca, Ti, V, Cr, Mn, Fe, Ni, Cu, Rn, Zn, Sr, Al, Ba,Nb elementlərinin miqdarı aşkar edilmiş, bunlardan K, Na, Mg, Ca, Al elementlərinin miqdarının daha yüksək olduğu müəyyən edilmişdir. 33.Şəki rayonu ərazisində yetişən İtburnu (Rosa canina) və Qara Gəndalaş (Sambucus niqra) dərman bitkilərinin kimyəvi və biokimyəvi tərkibi tədqiq edilmiş, bioloji fəal maddələri təyin olunmuşdur. Müəyyən edilmişdir ki, itburnu yağının tərkibində 27 mineral maddə vardır ki, bunların arasında K, Na, Mg, Ca, Al elementləri üstünlük təşkil edirlər. Həmçinin müxtəlif üsullarla alınmış itburnu yağının biloji fəal maddələri təyin olunmuş, müqayisəli təhlillər aparılmışdır. 34.Qara gəndalaş bitkisinin tərkibində 17 mineral element təyin edilmişdir ki, onların arasında K, Na, Mg, Ca və Al elementləri üstünlük təşkil edirlər. Həmçinin Qara Gəndalaş bitisinin yarpağı və meyvəsinin tərkibində bioloji fəal maddələr – karotin, askorbin turşusu, pektin, şəkərlər, aşı maddələri, B, P, E vitaminləri, flavonoidlər, katexinlər, leykoantosianlar təyin edilmişdir. 35.Müəyyən edilmişdir ki, Şingilə bitkisinin meyvəsində 0,69 mq% karotin, 7,35 mq% karotinoidlər, 16,0% şəkər, 103,0 mq% vitamin C, 0,90% flavonoidlər, 5,62 mq% vitamin E vardır. Yarpaqda bu göstəricilərin müvafiq olaraq, 5,20; 17,16; 1,20; 171,0; 1,50; 4,37% təşkil edir. 36.Şingilə dərman bitkisinin bütün vegetativ orqanlarında 30 mineral elementin olduğu aşkar edilmişdir. Bunlardan da K, Na, Mg, Ca, Al elementlərinin miqdarı digər elementlərə nisbətən daha yüksək olub, bitkinin yarpaq və meyvələrində üstünlük təşkil edir. 37.Şəki rayonunun ərazisində yayılmış, müalicəvi xüsusiyyətlərə malik yabanı acı yovşan (Artemisia absinthium) bitkisinin kökündə 26, yarpaq, çiçək və toxumda 24 mineral element müəyyən edilmiş, bunlardan K, Na, Ca, Mg elementləri başqa elementlərə nisbətən daha yüksək olub, efir yağının miqdarı qönçələmə dövründə 0.20%, çiçəkləmə dövründə 0.60%, meyvəvermə dövründə 0.30% təşkil edir. Müəyyən edilmişdir ki, acı yovşan bitkisinin vegetativ orqanlarından yüksək keyfiyyətə malik olan dərman preparatlarının hazırlanması üçün vegetasiyanın çiçəkləmə dövründə yığılması məqsədə uyğun hesab edilir. 38.Şəki rayonu Baş Şabalıd təbii biogeosenozunda 2500m2 sahədə biomüxtəlifliyə dair müqayisəli təhlil aparılmış, mühafizə edilən ərazidə 20 növ üzrə 135 növ ağac və kol bitkisi qeydə alınmış, 700-800m yüksəklikdə meşənin 70%-nin tumlu, çəyirdəkli, qərzəkli, giləmeyvəli ağac və kol bitkilərinin olduğu müəyyən edilmişdir. 39.Qəbələ rayonundan xalq seleksiya sortlarına aid 13 növ armud, 10 növ alma,12 növ şabalıd, 11 növ qoz və 1 növ göyəm bitkisi aşkar edilərək onlardan calaq və toxum materialı götürülərək AMEA-nın Şəki REM-nin təcrübə sahəsində calaq işi aparılmışdır. Şəki və Zaqatala rayonlarından xəstəliklərə və təbii iqlim şəraitinə davamlı və xalq seleksiyasına məxsus 3 fındıq bitkisinin sortundan 1000 ədəd ting əldə olunaraq, Şəki REM-nin təcrübə sahəsində 2 ha ərazidə kolleksiya bağı salınmışdır. AMEA-nın Şəki REM-nin təcrübə sahəsində bölgənin dendraflorasının və bitki biomüxtəlifliyinin tədqiqi məqsədi ilə hər birindən 3 ədəd olmaqla 17 növ dərman və sənaye əhəmiyyətli ağac və kol bitkisindən ibarət kolleksiya bağı yaradılmışdır. 40.Ənənəvi olaraq AMEA-nın Şəki REM-ində xalq seleksiyası sortlarının qorunub saxlanması məqsədi ilə Qax rayonun Qaşqaçay, Armudlu və Əmbərçay kəndlərindən 5 növ armud, 4 növ alma və 1 növ sarı gavalı, Qax rayonun Çinarlı və Qum kəndlərindən qərzəkli 4 forma qoz, 4 forma şabalıd aşkar edilmiş, hər formadan 10 ədəd toxum götürülərək biometrik göstəricilər təyin edilmişdir. 41.İpəkçiliyin yem bazasının artırılması məqsədi ilə Çindən gətirilmiş F-892, Özbəkistandan gətirilmiş və yerli sort tut ağacının çilik üsulu ilə artırılma dinamikası müqayisəli təhlil olunmuş, yerli sortdan ümumi sayın 95%-ni təşkil edən 286 ting göyərmə və boyatma göstəricilərinə görə ən yaxşı nəticən vermişdir. Yarpağın ölçülərinə görə ən yaxşı nəticə Çindən gətirilmiş F-892 sortunda qeydə alınmışdır. Ən hündür boylu zoğ verən tinglər, orta ölçüsü 54.5 sm olmaqla, yerli sortlarda qeydə alınmışdır. 42.“Azərbaycan Respublikasında Biomüxtəlifliyin qorunmasına dair Dövlət Proqramı” və AMEA Rəyasət Heyətinin “Biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Qərarı”nın icrası ilə bağlı Şəki rayonu Baş Şablalıd təbii biogeosenozunda ayrı-ayrı bitki suksessiyaları üzrə α (alfa) və ß (betta) səviyyəsində qiymətləndirmə aparılmış və nəticələr təhlil edilmişdir. 43.Şəki şəhəri kəndlərində (Baş Göynük, Aşağı Göynük, Baş Şabalıd, Baş Layski, Baltalı, Baş Küngüt, Aşağı Küngüt, Böyük Dəhnə Aşağı Göynük, Kiçik Dəhnə, Cunud, Cumakənd, İnçə, Zunud, Baş Zəyzid, Orta Zəyzid, Vərəzət, Köbər Zəyzid) və Qax rayonunda Oncallı, Almalı, Qıpçaq, Lələ Paşa, Qaysarlı, Qındırığa, Lələli, Zəyəm kəndlərində qəbiristanlıqlar və ziyarətgahlarda qəbirlərin fotoşəkilləri çəkilmiş, tərcümə edilərək təhlil olunmuşdur 44.Qəbirüstü abidələrdəki ornament, naxış və simvollar müəyyənləşdirilərək tədqiqata cəlb olunmuş, qeyd edilən ərazilərdəki inanc yerlərinin pir, ziyarətgah və müqəddəs ocaqların mahiyyəti, onlarla bağlı rituallar araşdırılmış, bölgədə yaradılan maddi və mənəvi mədəniyyətin ümümazərbaycan mədəniyyətinin tərkib hissəsi olduğu təsdiqlənmişdir. 45.Şəki arxivi materialları əsasında Şəki qəzasının XX əsrin 20-ci illərdəki siyasi, iqtisadi vəziyyəti araşdırılmış, sovet dövrünün ilk dönəmində təhsilin inkişaf prespektivləri tədqiqata cəlb edilmiş, elmi ədəbiyyatlarda hələlik öz əksini tapmayan təhsil müəssisələri və onların təsisçiləri müəyyənləşdirilmişdir. 46.Tədqiq edilən ərazilərdəki məzar daşlarındakı simvol və naxışlar Şəki və Qax rayonları ilə məzmun xəttinə görə oxşarlıq təşkil edir. 47.Zaqatala qəbristanlıqarında daha çox övliya və şeyx qəbirləri daha çox aşkar edilmişdir. Həmin qəbirlərin quruluşu və sənətkarlıq aspektindən işlənmə üslubunun mükəmməlliyi ərazidəki başqa məzar daşlarından əsaslı surətdə fərqlənir. 48.Zaqatala rayonunun Qımır, Yuxarı Tala, Mamrux kəndlərində mövcud olan məzarlıqlar xüsusi özəllikləri ilə seçilir. Həmin məzarlıqlarda böyük qapı və məscid tipli məzar daşları aşkarlanmışdır ki, regionun başqa yerlərində belə qəbir daşlarına rast gəlinmir. Həmin məzar daşları sufi din alimlərinə aid olduğu üçün, belə bir nəticəyə gəlmək olar ki, ərazidə islam dininin təbliği daha geniş şəkildə olmuşdur. 49.Zaqatala-Balakən rayonlarında mövcud olan məzar daşları Şəki, Qax, qəbirüstü abidələrdən nəbati naxışların çəkilməsinə görə geri qalır. Lakin qəbir memarlığı baxımından həmin ərazilərdə mövcud olan məzar daşları yüksək səviyyədə işlənmişdir. 50.Məzar daşlarında Şəki və Qax rayonlarından fərqli olaraq, tədqiq edilən ərazidəki məzar daşlarında hədis və ayələrin çoxluğu aşkar edilmişdir. 51.Oğuz rayonun ərazisində XVIII-XX əsrin əvvəllərinə aid tədqiqata cəlb edilən qəbirüstü abidələr ümumazərbaycan mədəniyyətinin subyektlərindən olmaqla, regionun digər rayonları ilə müqayisədə tərtibat baxımından oxşarlıq təşkil edir. Həmin ərazidəki epiqrafik nümunələr həm kəmiyyət, həm də ornament və simvolların, ayə və hədislərin azlığı ilə səciyyələnir. 52.Regionun 6 rayonunda tarixi və etnoqrafik irsin tədqiqi aparılmış, məzar daşları, pir və ziyarətgahlar tədqiq edilmiş, XVIII-XIX əsrə aid 29 növ naxış və ornamentlər aşkar olunmuş, epitafiyalar üzərindəki simvol və işarələr tədqiqata cəlb olunmuş, məzar daşlarına əski əlifba və ərəb əlifbası ilə həkk edilmiş quran ayələri, dualar və digər yazılar təfsir və tərcümə edilərək təhlil olunmuşdur. Bölgədə nəqşbənd sufi təriqətinin daha çox yayıldığı təsbit edilmiş, yayılan maddi və mənəvi mədəniyyətin ümumazərbaycan mədəni irsinin tərkib hissəsi olduğu təsbitlənmişdir. 53.Bölgənin Gürcüstan ilə sərhəddində yerləşən Balakən və Zaqatala rayonlarında mövcud olan tarixi abidələr - qalalar, məscidlər, alban məbədləri, mədrəsələr araşdırılmış, 2019-cu tədqiqat ili ərzində bu tarixi abidələrimiz ilə nüfuzlu beynəlxalq qurumları təmsil edən xarici qonaqların, müxtəlif səbəblərə görə regiona səfər edən beynəlxalq təşkilatların üzvlərinin tanışlığı, o cümlədən, Azərbaycanın KİV nümayəndələrinin də iştirakı təşkil edilmişdir. 54.Qloballaşma və müasir dünyaya inteqrasiyanın təsiri, həmçinin tarixi-iqtisadi inkişaf nəticəsində Şəki şəhəri və kəndlərində bir çox etnoqrafik element və xüsusiyyətlərin, milli geyim, bəzək, aksesuarların, xalq sənətkarlığının bir çox sahələrinin tədricən unudulması müşahidə olunur; 55.XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində erməni təxribatlarının Şəki qəzasında sosial-iqtisadi və mədəni həyata, həmçinin əhalinin say və etnik tərkibinə təsirini özündə əks etdirən monoqrafiya hazırlanıb çap olunmuşdur. 56.Şimal-qərb bölgəsinin Şəki və Balakən rayonları ərazisində indiyədək qeydə alınmayan və elmi ədəbiyyatlara düşməyən 10-adək alban abidəsi müəyyən edilərək tədqiqata cəlb edilmişdir. 57.XIX əsrin I yarısı XX əsrin əvvəllərində Şəkidə yaşayıb-yaratmış Molla Cumanın Qaxda, Şəkidə və digər ərazilərdə yaşamış yaradıcı şagirdlərin əsərləri elmi dövriyyəyə gətirilmişdir; 58.“Qax rayonu ərazisindən toplanmış laylaların və bayatıların janr və üslub xüsusiyyətləri” mövzusu üzrə planauyğun şəkildə toplama aparılaraq sistemləşdirilmiş, laylaların tipologiyası üzrə elmi təhlil aparılmışdır; 59.“Qax rayonu ərazisindən toplanmış əfsanə və rəvayətlərdə xalqın dünyagörüşünün əksi” mövzusu üzrə elmi təhlil aparılmış, toplanılmış materiallar “Region folkloru antologiyası” kitabında nəşrə təqdim edilmişdir. 60.Baş Layısqı və Baş Göynük kəndlərində, ümumiyyətlə Göynük mahalında aşıq sənəti ənənəsinin öyrənilməsi və bu məkanda yaşayan el aşıqlarının və el şairlərinin həyat və yaradıcılıqları haqqında verilən məlumatlar folklorşünaslığımızın zənginləşməsinə xidmətdir və “Şəkidə aşıq mühiti olmamışdır” fikrini elmi baxımdan təkzib edir; 61.“Göynük mahalının ədəbi – tarixi və folklor həyatı: (Baş Layısqı və Baş Göynük kəndələrindən toplanmış ədəbi – tarixi və folklor materiallarının elmi şərhi)” adlı monoqrafiya, “Balakən-Şəki bölgəsindən toplanmış epik xarakterli folklor örnəkləri” toplu artıq nəşrə hazırlanmışdır. 62.Oğuz rayonu ərazisindən toplanmış folklor nümunələri arasında kiçik janrlar üstünlük təşkil edir. Həmin nümunələrdə işlənən onomostik vahidlər folklor nümunələrinin Azərbaycanın Şimal-Qərb regionuna aid olduğunu sübut edir. 63.2019-cu tədqiqat ilində Azərbaycanın şimal-qərb bölgəsinin Qəbələ ərzisindən toplanmış lətifələr, Şəki lətifələrindən fərqli olaraq, dialektizm və paremilər baxımından çox kasaddır, eləcə də onlarda az sözlə fikrin daha yığcam şəkildə ifadəsi və sətiraltı mənaların kəskinliyi daha az müşahidə olunur; 64.Qəbələ ərzisindən toplanmış azsaylı xalqların folkloruna aid nümunələrin araşdırılması göstərir ki, bu ərazidə zamanla azsaylı xalqların məişətinin və adət-ənənələrinin dəyişməsi müşahidə olunur və bu dəyişmələrdə daha çox yerli əhali ilə birgəyaşayışın təsiri aydın görünür. |
|
Mərkəzin işçilərinin ümumi sayı | 97 | |
Mərkəzin struktur bölmələri |
Tut ipəkqurdunun seleksiyası şöbəsi Bitkilərin Biomüxtəlifliyi və Genofondu şöbəsi |
|
Elmi şura - sədr - sədr müavinləri - katib - üzvləri |
Şükürlü Yusif Hacıbala oğlu Əziziov Fərhad Şirin oğlu Atayeva Vəfa Elman qızı İbrahimov Firədun Nadir oğlu Mustafabəyli Hüseyn Lütvəli oğlu Xəlilov Zərbalı Murad oğlu Mürşüdova Ulduz Bəşir qızı Adışirinov Kamil Fikirət oğlu Baxışov Vüsal Binyamin oğlu Bəkirov Qüdürət Məmməd oğlu Məmmədli Akif Əlavəddin oğlu Həsənov Rahim Rafiq oğlu Abdurahmanov Rəhim Həmid oğlu Sultanov Ələddin Osman oğlu Abdullayeva Təranə Yaşar qızı Rəhimov Yusif Rəsul oğlu Bəkirova Yevgeniya Məmmədemin qızı Mənəfova Reyhan Midad qızı Süleymanov Uğur Səbuhi oğlu |
|
Gənc alimlər və mütəxəsislər şurası
- sədr - katib - üzvləri |
Tural Adışirinov Murad Qəhrəmanov Ayşən Salmanova Təranə Məmmədova Sevər Əhmədova |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - büro üzvləri |
Aqil Mustafayev Yevgeniya Bəkirova Ruslan Səmədov Ayşən Salmanova |
|
Təftiş komisiyası
- sədr - büro üzvləri |
Namiq Abdurahmanov Cabbar Xəlilov Aytən Hümmətova |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Mənəfova Reyhan Miqdad qızı | |