Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Şəki REM-in şöbələri

Folklorşünaslıq və el sənətləri şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  1. Şifahi xalq ədəbiyyatı örnəklərinin toplanması, sistemləş dirilməsi və arxivinin yaradılması;
 2. Folklor nümunələrinin elmi şəkildə araşdırılması və nəşrə hazırlanması;
 3. Ayrı-ayrı folklar biliciləri və yaşlı nəslin nümayəndələri ilə görüşlər;
 4. Müxtəlif mətbuat orqanları, radio və televiziya verilişlərində çıxışlar. 
Əsas elmi nəticələri Şöbədə qısa zaman çərçivəsində mühüm tədqiqatlar yerinə yetirilmiş və bir sıra kitablar işıq üzü görmüşdür. Kitablar regional araşdırma xarakteri daşısa da, onlar , daha geniş niyyətli tədqiqatlar üçün mənbə rolunu oynaya bilər.
Bunlara misal olaraq “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”; “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə”, “Şəkidə məhəllə adları, soylar və ləqəblər” (Qoruq zonası,I kitab), “Rəşid bəy Əfəndizadə və folklor”, Rəşid bəy Əfəndizadənin “Müxtəsər şəriət” kitabı, “Firidun bəy Köçərlinin şəxsi arxivi”, “Şəkidə məhəllə adları, soylar və ləqəblər”(II kitab), “Qədim türk-Oğuz yurdu Oxut”, “Şəki yaşayış evlərinin interyeri” (XVIII əsrin sonu- XX əsrin əvvəlləri), “Dahilərin ömür yolu” (rus dilindən tərcümə) və s. qeyd etmək olar
Şöbə əməkdaşları tərəfindən bölgədə yaşayan bir sıra çoxsaylı xalqların folkloru,həmçinin onların adət-ənənələri, ekspedisiyalar zamanı toplanmış və nəşr edilmişdir. Hazırda həmin istiqamət üzrə işlər davam etdirilir. 
Şöbədə respublikada ilk dəfə araşdırılan “Şəkidə məhəllə adları, soylar və ləqəblər” silsiləsindən olan kitabları xüsusi qeyd etmək lazımdır.