Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.11.2026 15:52
  • A-
  • A
  • A+

Sumqayıt Dövlət Universitetinin rektoru Polimer Materialları İnstitutunda aparılan yeniliklərlə tanış olub

Sumqayıt Dövlət Universitetinin rektoru Polimer Materialları İnstitutunda aparılan yeniliklərlə tanış olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli Polimer Materialları İnstitutunda (PMİ) yeni inkişaf mərhələsində görülən işlər və həyata keçirilən yeniliklər ilə tanış olub.

PMİ-nin direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Fariz Əmirli qonaqları salamlayaraq foyedə yaradılan yeni ekspozisiya haqqında məlumat verib. Sonra qonaqlar Elektron kitabxana və elmi informasiya şöbəsinin fəaliyyəti ilə tanış olublar.

Daha sonra institutun əməkdaşları ilə görüşən rektor onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə polimer materialları sahəsində elmi tədqiqatların müasir sənaye, kimya texnologiyaları və energetika sahələrinin inkişafında mühüm rol oynadığı qeyd olunub. Nurəli Yusifbəyli bildirib ki, institutun elmi potensialı universitetin tədqiqat imkanlarının genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının inkişafı və elmi nəticələrin praktik tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu potensialdan səmərəli istifadə olunması, tədqiqat istiqamətlərinin müasir elmi çağırışlara uyğun inkişaf etdirilməsi və gənc tədqiqatçıların elmi prosesə cəlb olunması vacibdir.

İnstitutun rəhbəri Fariz Əmirli aparılan yenidənqurma işlərinin institutun fəaliyyətinin daha səmərəli təşkili, əməkdaşlar üçün müasir iş şəraitinin yaradılması və elmi-tədqiqat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sonda institutun mövcud potensialının daha da gücləndirilməsi, maddi-texniki bazasının müasirləşdirilməsi və elmi fəaliyyətin inkişafı istiqamətində müazikərələr və müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: