Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə oktyabrın 19-da “Şimal-Qərbi Azərbaycanda tarixi-memarlıq abidələri və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Konfransın əsas istiqamətləri:
1. Şəhərsalma və memarlıq irsi ədəbiyyatda;
2. Tarixi şəhərlərin formalaşması və şəhərsalma mədəniyyəti;
3. Tarixi-memarlıq irsi və onun qorunması;
4. Şəhərsalmanın təbii-coğrafi əsasları;
5. Şəhər ekosistemləri və ekoloji problemlər;
6. Təbii sərvətlərin və mədəni irsin davamlı idarə olunması;
7. Biomüxtəliflik, landşaft və ekosistemlərin mühafizəsi;
8. GIS, məsafədən zondlama və rəqəmsal texnologiyalar;
9. Təbii fəlakət risklərinin idarə olunması.
Konfrans materiallarının tərtibinə dair tələblər:
• Materiallar konfransın müəyyən edilmiş elmi istiqamətlərindən birinə uyğun olmalıdır:
• Məqalə və ya tezisin həcmi minimum 3, maksimum 8 səhifə olmalıdır;
• Konfrans materialının adı səhifənin mərkəzində, 12 şriftlə, böyük və qalın hərflərlə yazılmalıdır;
• Müəllif(lər)in adı, atasının adı və soyadı tam şəkildə göstərilməlidir;
• Müəllif(lər)in elmi dərəcəsi və elmi adı qeyd edilməlidir;
• İşlədiyi elmi müəssisənin adı göstərilməlidir;
• Doktorant və dissertantlar təhsil aldıqları müəssisənin adını da qeyd etməlidirlər;
• Müəllif(lər)in elektron poçt ünvanı (e-mail) yazılmalıdır;
• Microsoft Office Word proqramında hazırlanmalıdır;
• Kağız formatı: A4, şrift qara rəngdə: Times New Roman, 12 pt
• Sətirarası interval: 1,5, abzas: 1,5 sm
• Sol kənar: 2,5 sm, sağ kənar: 1,5 sm, yuxarı kənar: 3,0 sm, aşağı kənar: 2,5 sm;
• Xülasə 150 sözdən çox olmamalıdır;
• Açar sözlər minimum 6 söz olmalıdır;
• Xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir;
• Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilməlidir;
• Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun tərtib edilməlidir;
• Mətn daxilində istinadlar nömrə ilə göstərilməlidir.
Məqalə və tezislər 10 oktyabr 2026-cı il tarixinədək v.atayeva@shrem.science.az elektron poçt ünvanına göndərilməlidir:
Konfrans materialları elektron elmi nəşr formasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəsmi saytında yerləşdiriləcəkdir.
Qeyd edək ki,, məqalə və tezislərin konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda, bölmənin irad və qeydləri əsasında materialın yenidən işlənərək göndərilməsi tələb oluna bilər.
Bölmənin irad və qeydləri qəbul edilmədikdə və ya tələb olunan düzəlişlər vaxtında aparılaraq material yenidən göndərilmədikdə, məqalə və ya tezis konfrans materiallarına daxil edilməyəcəkdir.
Əlaqə nömrəsi: (+994 50) 798 79 90
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.