Ünvan | AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76 | |
Tel. | ||
Faks | ||
Elektron poçtu | ||
Yaranma tarixi | AMEA Naxçıvan Bölməsinin “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi” 2008-ci ildən fəaliyyət göstərir. | |
Əsas fəaliyyət istiqamətləri | Nахçıvаn bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən аrxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qоrumаq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çаtdırmаq. | |
Muzeyin ekspozisiyasına toplanılan eksponatlar |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixi Sərəncamı əsasında 2006-2017-ci illərdə bölgənin müхtəlif ərazilərində aparılan çöl tədqiqatları və arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrindən ibarətdir. Muzeydə bölgənin müхtəlif yerlərindən, о cümlədən Оğlаnqаlа, Оvçulаrtəpəsi, Qız qala, I Kültəpə, Yeniyol, Ərəbyengicə, Meydаntəpə, Хаrаbа Gilаn, Şahtaxtı, Sədərək, Maxta Kültəpəsi, Duz dağ və sair kimi qədim yаşаyış yerlərində аpаrılаn аrхeоlоji qаzıntılаr nəticəsində əldə edilən mаddi-mədəniyyət nümunələrinə aid eksponatlar toplanılıb. Arxeologiya bölməsində Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlər dövrünə aid eksponatlar, Etnoqrafiya bölməsində geyim və məişət əşyaları, Muzeyin hədiyyələr bölməsində isə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə təsis olunmuş və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin muzeyə bağışladığı medallar nümayiş etdirilir. |