Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən istirahət mərkəzi

Öz istirahətini təbiətin qoynunda keçirmək istəyənlər üçün vətənizin səfalı rayonlarından olan Şamaxıda hər cür şərait var. Belə ki, AMEA Şamaxı Astrofizika Rəsədxanası öz cazibədar təbiəti, xoş mühiti ilə sizin möhtəşəm istirahətiniz üçün hər cür imkana malikdir. 

Ailəvi istirahət üçün rəsədxananın ərazisində sıx meşənin qırağında yerləşən kotejlər qonaqlara xoş əhval-ruhiyyə bəxş edəcək.  Mütəşəkkil infrastruktura və müasir şəraitə malik kotejlərdə təbiət və dağ mənzərələri müşahidə olunur.

Rəsədxananın ərazisində muzey, restoran və park da mövcuddur. 

Qonaqlar gündüzlər meşə gəzintisinə gedə, axşam teleskop vasitəsilə səma cisimlərini müşahidə edə biləcəklər.  

Ünvan: AZ5626, Azərbaycan Respublikası, Şamaxı r., Y.Məmmədəliyev qəsəbəsi

Telefon: (+994 50) 6804962, (+994 50) 3946015