Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Meyvə, tərəvəz və üzüm laboratoriyası
Tel. (+994 55) 6123709 
Faks  
Elektron poçtu

varisquliyev@mail.ru 

Struktur bölmənin rəhbəri

Quliyev Varis Muxtər oğlu

Aqrar elmlər üzrə elmlər doktoru, dosent
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublikasında yayılan meyvə, giləmeyvə və üzüm genofondunun tədqiqi və qiymətləndirilməsi.
Əsas elmi nəticələri

Naxçıvan Muxtar Respublikası ərazisində yayılan yabanı və mədəni meyvə, giləmeyvə bitkilərinin genofondunun toplanılması, tədqiqi və səmərəli istifadə olunması yollarının müəyyənləşdirilməsi müasir dövrdə aktual problemlərdən biridir. AMEA Naxçivan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük”  laboratoriyasında  bölgənin əsas maddi sərvətlərindən olan meyvə və üzüm genofondunun tədqiq olunması, qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, aqrotexnikasının öyrənilməsi, iqtisadi əhəmiyyətli sortların müəyyənləşdirməklə istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparılır. 2003-cü ildən başlayaraq LaboratoriyadaNaxçıvan Muxtar Respublikasının   bioresurslarının öyrənilməsi, tədqiqi,   səmərəli istifadəsi və mühafizəsinin    bioloji  əsaslari” mövzusu üzrə elmi araşdırmalara başlanılmışdır. Sonuncu beşillik ərzində 2016-2020-ci il elmi-tədqiqat illəri üçün planılaşdırılmış“Naxçivan MR ərazisində yayılmış yabanı və mədəni       meyvə–giləmeyvə,   tərəvəz bitkilərinin        genofondunun  toplanılması, tədqiqi və   səmərəli   istifadəsi”, həmçinin “Genetik üsulların təkmilləşdirilməsi əsasında eksperimental yolla alınmış yeni üzüm sort və   formaların ampeloqrafiq xüsusiyyətlərinin tədqiqi və seçmə işləri”  adlı iki iş üzrə elmi tədqiqat işləri  aparılır. Laboratoriyada əməkdaşlar tərəfindən muxtar respublika ərazisində yayılan müxtəlif yabanı, həmçinin mədəni meyvə növ və sortların genofondunun tədqiqi, sortmüxtəlifliyinin tərkibi, genetik xüsusiyyətlərinin araşdırılması, toplanılması, iqtisadi səmərəli sort və formaların seçilməsi, təsərrüfat əhəmiyyətli sortların yaradılması, istehsalata yönəldilməsi və istifadəsi istiqamətində çoxsaylı elmi-tədqiqat  işləri yerinə yetirilməkdədir. Bu dövr ərzində əldə olunan elmi-tədqiqatların mühüm nəticələri Azərbaycan Respublikasında, eləcə də xarici ölkələrdən ABŞ-da, Almaniyada, Bolqarıstanda, İsveçrədə, Gürgüstanda, Orta Asiya Respublikalarında, xüsusilə Rusiya Federasiyasındakı nəşr edilən nüfuzlu elmi jurnallarda işıq üzü görübdür. 2003-2020-ci illərdə laboratoriyada 1 aqrar elmlər üzrə fəlsəfə doktoru, 1 biologiya üzrə fəlsəfə doktoru, 1 aqrar elmlər doktoru elmi dərəcəsi,  3 əməkdaş isə dosent elmi adını almışdır. 

Naxçıvan Muxtar Respublikası ərazisində aparılan tədqiqatlar nəticəsində yabanı meyvə və giləmeyvə bitkilərindən, alma, armud, quşarmudu, yemişan, alça, gavalı, itburnu, zirinc, böyürtkən, qarağat, çaytikanı, itüzümü cinslərinə daxil olan növlərin sistematik tərkibi və yayılma zonaları öyrənilmiş, təbii ehtiyatı və səmərəli istifadə  yolları araşdırılmışdır. Müəyyən olunmuşdur ki, hazırda Naxçıvan MR florasında almanın bir növ iki variasiya, 21 formasına, armudun 17 növ 3 variasiyasına, zirincin 6 növ və 2 formasına, quşarmudunun 17, yemişanın 17, çaytikanının bir, böyürtkənin 3, itüzümünün 3, qarağatın 2, itburnunun 30, alçanın 4, gavalının isə 6 növünə  yabanı halda rast gəlinir. Aparılan çoxillik tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikası floraları üçün yeni olan 6 fəsilə 9 cinsə aid 29 növ, 5 variasiya və 2 forma müəyyən edilmişdir.  Tədqiqatlar nəticəsində növlərin təbii ehtiyatı hesablanmış və istifadə imkanları müəyyən edilmişdir.

Müasir dövrdə muxtar respublikada meyvəçilik, həmçinin üzümçülük aqrar sektorun prioritet sahələrindəndir. Bu istiqamətdə iki dövlət proqramı qəbul edilmişdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”,  həmçinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada meyvəçiliyin genişləndirilməsinin, əhalinin yerli meyvə məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılması istiqamətində qəbul edilən rəsmi dövlət sənədləridir. Qəbul edilən müvafiq Dövlət Proqramları muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaqla 2015-ci ildə ümumi meyvə istehsalı 45 min tona çatdırılmış, 2020-ci ildə isə bu göstəricinin 65 min tondan çox olması planlaşdırılmışdır. Qəbul edilən dövlər proqramlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” labоratоriyasında meyvə genofondunun tədqiqi, sort tərkibinin müəyyənləşdirilməsi, tətbiqyönümlü sortların öyrənilməsi, seçilməsi və iqtisadi qiymətləndirilməsi məqsədilə mühüm araşdırma işləri aparılmışdır. Qeyd edim ki, tədqiqat dövrü bölgədə tumlu, çəyirdəkli və qoz meyvələrin genofondu tədqiq olunmuş, tətbiqyönümlü sortlar aşkarlanmış, hər bir ərazidə neçə sort və formaların yayıldığı müəyyən edilmiş, onlar üzərində qiymətləndirmələr aparılmışdır. Aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, ərazidə tumlu meyvələrdənalma, armud, heyva, əncir, əzgil, nar, tut, yemişan, çəyirdəkli meyvələrdənalbali, gilas, şaftali, ərik, alça, zoğal, qoz meyvələrdən isə  qoz, badam, findiq, püstə və başqa növlər geniş yayılmışdır. Ekspedisiyalar nəticəsində məlum olmuşdur ki, ərazidə müvafiq növlər üzrə tumlu meyvələrdən  - almanın 116, armudun 51, heyvanın 10, əzgilin 1, tutun 5, əncirin 4, narın 6, yemişanın  18 sortu, çəyirdəkli meyvələrdən - gilasın 14, gilənarın 7, gavalının 14, zoğalın 1, alçanın 21, göyəmin 2, əriyin 31, şaftalının 14 sortu aşkarlanmışdır. Ərazidə həmçinin, qozun 26, püstənin 2, badamın 8,  limonun 4 sortunun yayıldığı aşkarlanmışdır. Bu zəngin genofonddan səmərəli istifadə olunması muxtar respublika əhalisini sitrus meyvə sortları istisna olmaqla yerli məhsullar hesabına tumlu və çəyirdəkli meyvə məhsulları illə dolğun təmin edilməsi tamamilə mümkündür.

Son dövrlər Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasında üzümçülüyün genişləndirilməsinə diqqət artmaqdadır. Azərbaycan Respublikası Prezidentinin “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 15 dekabr 2011-ci il tarixli sərəncamında üzümçülüyün müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, əsas istiqamətləri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilmişdir. Müasir dövrdə muxtar respublikada da   üzümçülüyün və ona uyğun istehsal sahələrinin yenidən inkişaf etdirilməsi, yox olmaq təhlükəsi altında olan üzüm genotiplərinin qorunması, perspektivli sortların fermer və özəl təsərrüfatlarda geniş becərilməsinə nail olunması bu günün aktual problemlərindəndir. Laboratotiyada üzümçülüyün genofondunun öyrənilməsi, sort  müxtəlifliyinin, perspektivli genotiplərin müəyyənləşdirilməsi, ampeloqrafik və genetik xüsusiyyətlərinin araşdırılması, iqtisadi qiymətləndirilmələrin aparılması, yeni sortların introduksiyası, kompleks davamlı və şaxtaya dözümlü sortların əldə olunması istiqamətində müxtəlif seleksiya üsulları ilə məqsədyönlü elmi-tədqiqat işləri aparılır.  Bölgədə üzümçülüyün qədim tarixə malik olması ilə əlaqədar yayılan yabanı üzümnövü öyrənilmiş, 6 variasiya müxtəlifliyi müəyyənləşdirilmiş, ilk dəfə olaraq yeni variasiya  aşkar edilmişdir. Həmçinin, becərilən üzüm sortlarının  genofondu tədqiq edilmiş sort və forma müxtəlifliyi araşdırılmış və qiymətləndirilmişdir. Tədqiqat dövrü davamlı olaraq müxtar respublikada üzüm genofondunda müxtəlif  genetik irsi əlamətlərə malik olan genotiplərin və müsbət irsi əlamətli donorların müəyyənləşdirilməsi, üzümçülükdə kəmiyyət və keyfiyyət dəyişikliklərinin qanunauyğunluqlarının tədqiqi, iqtisadi səmərəliliyin hesablanması, seleksiya işlərinin aparılması yolu ilə yeni sort və formaların yaradılması, onların  istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü tədqiqat işləri aparılmış və mühün elmi-prattiki əhəmiyyət kəsb edən elmi nəticələr əldə olunmuşdur. Tədqiqat dövrü ilk dəfə olaraq “Üzümdə çiçəkləmə dövrü, qametogenez mərhələdə genom mutasiyasının alınması metodikası” işlənib hazırlanmışdır. Meyotik və mitotik poliploidləşmə üsulu ilə yeni autotetraploid (2n=76) genoma malik olan üzüm formaları alınmışdır. Eksperimental poliploidiya, hibridləşdirmə və klon seleksiyası yolu ilə yeni 30 hibrid, 17 klon, 8 autopoliploid  üzüm formaları əldə olunmuşdur. 92 aborigen sortun və 14 yeni alınmış üzüm formasının beynəlxalq miqyasda genetik ehtiyatlar üzrə qeydiyyatı üçün müvafiq metodika əsasında ampelo-deskriptor xüsusiyyətlərinin təsviri hazırlanmışdır. “Naxçıvan Muxtar Respublikasında aborigen üzüm sortlarının rəqəmsal ampeloqrafik təyini” üsulu hazırlanmış,  92 sortun rəqəmsal təyinatı aparılmışdır. Müxtəlif genetik üsullarla-klassik hibridləşdirmə yolu ilə 200-dən çox hibrid təbiətli üzüm formaları seçilmiş, eksperimental  poliploidiya və klon seleksiyası yolu  ilə məqsədyönlü seleksiya işlərinin aparılmış, təsərrüfat əhəmiyyətli, stress amillərə davamlı, yüksək məhsuldarlığa və şəkərliliyə malik olan 50-dən çox perspektivli formalar əldə olunmuşdur. Genofonda daxil olan 120-dən çox üzüm sortunun biomorfoloji, aqrotexnoloji xüsusiyyətlərinin və xəstəliklərə qarşı davamlılığının tədqiqi edilmiş, beynəlxalq miqyasda qəbul edilmiş qaydada ampelo-deskriptor xüsusiyyətləri araşdırılmış, rəqəmsal ampeloqrafia əsasında irsi əlamətləri kodlaçdırılmış  və şifrələnmişdir. İntroduksiya olunmuş 23 sortun adaptasiya olunma, əsas biomorfoloji və aqrobioloji xüsusiyyətləri araşdırılmış, muxtar respublika ərazisində üzümlüklərdə becərilməsi üçün 5 süfrə, 4 texniki istiqamətli daha perspektivli sortlar seçilmişdir.  Ayrı-ayrı sortların istifadə imkanlarının araşdırılmış, seleksiya yolu ilə əldə olunmuş perspektivli yeni üzüm formalarının biomorfoloji, kimyəvi-texnoloji xüsusiyyətlərinin öyrənilmiş və yeni üzüm sortları istehsalata yönəldilmişdir. Təsərrüfat əhəmiyyətli aborifen Hənəqırna sortu və ondan klon seleksiyası yolu ilə əldə olunan 2 klonu Şamaxıda yeni salınan müasir tipli üzümçülük plantasiyasında geniş ərazidə əkilmişdir. Naxçıvan MR-in 28 sortu Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahəsində, 42 sortu Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun təcrübə sahəsində,  24 aborigen üzüm sortu isə ABŞ-a aparılaraq Koliforniya Ştatında üzümlüklərdə əkilmişdir. Seleksiya yolu ilə alınan 7 yeni üzüm forma-sortu istehsalata tətbiq üçün Seleksiya Nailiyyətlərinin Mühafizəsi Üzrə Dövlət Sort Sınaq Komissiyasının xətti ilə Naxçıvan Kənd Təsərrüfat Nazirliyinin “Araz” Elmi İstehsalat Birliyinin təcrübə sahəsində əkilərək yoxlamadan keçirilməklə sınaq müddəti başa çatmışdır. Bu müddət ərzində laboratoriya əməkdaşları nüfuzlu elmi konfrans və simpoziumlarda fəal iştirak etmişlər. Tədqiqat dövrü laboratoriyada 345 elmi əsər (bunlardan 70-dən çoxu xarici jurnallarda və beynəlxalq indeksli nəşrlərdə çap olunub), 16 monoqrafiya nəşr edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasında üzümçülüyə dair aqrar siyasətini və strategiyasını formalaşdıran  mühüm Dövlət sənədlərinə uyğun olaraq laboratoriyada üzün illər aparılan elmi axtarışların nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, 2-cilddə “Azərbaycan ampeloqrafiyası” fundamental kapital əsərlər yazılmışdır. Bu əsərlərdə Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda yaxın gələcəkdə üzümçülüyü yenidən geniş inkişaf etdirilməsi problemləri, istiqamətləri araşdırılmışdır.

Hazırda laboratoriyada müxtar respublikanın meyvə və üzüm grnofondunun tədqiqi və tətbiqyönümlü sortların əldə olunması və istehsalata yönəldilməsi istiqamətində məqsədyönü elmi araşdırmalar davam etdirilir.