Orta əsrlər tarixi şöbəsi

Tel. (+994 36) 5450671 
Faks  
Elektron poçtu hacifexreddin@yahoo.com.tr 
Struktur bölmənin rəhbəri

Tarix elmləri doktoru, professor

Hacı Fəxrəddin Yəhya oğlu Səfərli 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvanın orta əsrlər dövrü tarixinin tədqiqi 
Əsas elmi nəticələri

1. Naxçıvan Muxtar Respublikası ərazisində 600-ə yaxın kitabə qeydə alınıb tədqiq edil­miş, onların məlumatları əsasında Azərbay­ca­nın orta əsrlər dövrü tarix və mədəniyyəti­nin müxtəlif problemləri öyrənilmişdir. Qeydə alınan kitabələrin ölçüləri, estampları, fotoları götürülmüş, mətnləri oxunaraq Azər­bay­can dilinə tərcümə edilmişdir.

2. Azərbaycanın Naxçıvan bölgəsindəki orta  əsr qəbirüstü abidələr üzərindəki təsvirlər tədqiq edilib elmi dövriyəyə daxil edilmişdir. Həmçinin, orta əsrlər dövrünə aid sənətkarlıq sahələri araşdırılmışdır.

3. XVI-XVIII əsrin əvvəllərində Naxçıvan bölgəsinin ictimai-siyasi, iqtisadi həyatı və ta­rixi coğrafiyası geniş şəkildə araşdırılmış­dır.