İnstitutun ictimaiyyətlə əlaqələr üzrə siyasətinin həyata keçirilməsi;
İnstitutun fəaliyyəti, keçirdiyi tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması;
Kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulması;
İnstitutun fəaliyyəti, imkanları və nailiyyətlərini əks etdirən bukletlərin, video-çarxların hazırlanması və müvafiq sərgilərdə nümayiş etdirilməsi;
İnstitutun rəhbər şəxslərinin, qabaqcıl alim və mütəxəssislərinin kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsi;
İnstitutun rəsmi veb-saytının - ikt.az-ın istismarının və kontent təminatının həyata keçirilməsi;
İnstitutun İnternet televiziyasının - İnfoTV-nin istismarının və kontent təminatının həyata keçirilməsi;
İnformasiya cəmiyyəti ideyalarının təbliği, informasiya texnologiyaları sahəsində elmi nailiyyətlərin populyarlaşdırılması istiqamətində tədbirlərin görülməsi;
Yeni media ilə bağlı elmi-tədqiqatların aparılması.