Tel. | (+994 12) 5100141 (+254) | |
Faks | (+994 12) 5372285 | |
Elektron poçtu | babayev74@gmail.com | |
Struktur bölmənin rəhbəri |
Yer elmləri üzrə elmlər doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 7 | |
Əsas fəaliyyət istiqamətləri |
- Seysmik rejim, regionun seysmikliyinin fəza-zaman xüsusiyyətlərinin riyazi-statistik metodlarla öyrənilməsi, qiymətləndirilməsi və paylanmasının nəzəri tətqiqi. - Zəlzələlərin fokal mexanizmlərin interpretasiyası və Qafqazın gərginlik şəraitinin qiymətləndirilməsi (WORLD STRESS MAP). - Deformasiya proseslərin seysmikliyi ilə əsas qanunauyğunluqlarının əlaqəsinin təyin olunması və qiymətləndirilməsi. - Palçıq vulkanlarının zəlzələlərlə olan əlaqələrin öyrənilməsi. - Güclü zəlzələlərin ətraf mühitdə yaratdığı gərginlik paylanmalarının öyrənilməsi. - Neft yatağının işlənilməsinin səmərəliyinə seysmik prosesslərin təsirinin qiymətləndirilməsi. - Seysmik təhlükənin və riskin qiymətləndirilməsi, yeni metodların hazırlanması. - Mikrotremor tədqiqatları. - Paleoseysmologiya. Azərbaycan ərazisi üçün ”paleozəlzələlərin” təyin olunması. |
|
Əsas elmi nəticələri |
- Seysmik təhlükənin qiymətləndirilməsi modelinə əsasən Abşeron yarımadasının mühüm seysmotektonik xüsusiyyətləri və potensial seysmogen strukturların seysmikliyi təyin edilmişdir. - Nakamura metodu ilə qrunt xüsusiyyətlərinin Bakı şəhərinin seysmik intensivliyinə təsirinin təyin edilmişdir. -Abşeron yarımadası üçün ehtimal və deterministik nəzəriyyələrinə əsasən seysmik təhlükə qiymətləndirilmişdir. - Klaster analizi, Alan faktoru və çoxölçülü qruplaşma metodu vasitəsilə baş verən seysmik hadisələrin ardıcıllığının dinamikasının tədqiq edilmişdir. - 25 noyabr 2000-ci ildə baş vermiş güclü Xəzər zəlzələsindən əvvəl və sonra Abşeron və Şamaxı-Qobustan ərazilərində yerləşən palçıq vulkanlarının statik və dinamik gərginliklərinin dəyişiklikləri təhlil edilmişdir. - Bakı şəhəri ərazisi qruntunun güclü titrəyişlərinin hiss edilən ssenar zəlzələlərin parametrlərinə əsasən modelləşdirilməsi. |