Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Milli genbank şöbəsi

Milli genbank şöbəsi
Tel. (99450) 5628625 (111)
Faks  (+994 12) 4499221   
Elektron poçtu

smamedova2002@mail.ru

sevinc.mammadova@genres.science.az

Struktur bölmənin rəhbəri Məmmədova Sevinc Əmir qızı
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Müxtəlif  taksonomik qruplara aid bitkilərin toxum nümunələrinin Milli genbanka idxalı, oradan sifarişli ixracı, onların cücərmə qabiliyyətinin və nəmliyinin monitorinqi, bərpaya ehtiyacı olanların seçilməsi, soyuducuda orta və uzun müddətli saxlanması üçün hazırlanması, yerləşdirilməsi, əldə edilmiş səciyyələndirmə məlumatları ilə birlikdə Mərkəzi məlumat bazasına daxil edilməsi;

Genbank şəraitində uzun müddət saxlanılma zamanı toxumların qocalmasının genetik fəsadlarının qarşısını almaq üçün orqanizmin təbii bərpa sisteminin aktivləşdirilməsi yollarının axtarışı və süni qocalma üsulundan istifadə edərək müxtəlif  bitki növlərinin qocalmaya davamlılığının müqayisəli öyrənilməsi. 
Əsas elmi nəticələri

Müxtəlif növlərdə, növdaxili populyasiyalarda və sortlarda toxumların uzun ömürlülüyünün irsi potensialı aşkar edilmiş və onu proqnozlaşdıran üsul yaradılmışdır. Genbankda uzun müddət saxlanma nəticəsində cücərmə qabiliyyətini qismən itirmiş və irsi durumunda  dəyişiliklər baş verən toxumların fiziki və kimyəvi üsullar vasitəsi ilə bərpa edilməsinin mümkün olduğu müəyyənləşdirilmişdir.

MMB-da qeydiyyatdan keçmiş 13237 nümunədən 7646 nümunənin toxumları orta müddətli saxlanma kamerasındadır. Onlardan  4021 dənli taxıl, 1117 paxlalı, 1160 texniki- yem,  559 tərəvəz-bostan və s. qruplara aıddır. Statusa görə 2407 elmi seleksiya sortu, 487 xalq seleksiyası sortu, 2479 tədqiqat  materialı, 936 yabanı növlər.