Tel. | (+994 12) 5104253 | |
Faks | ||
Elektron poçtu | depart2@iit.science.az | |
Struktur bölmənin rəhbəri | Yadigar Nəsib oğlu İmamverdiyev Texnika üzrə fəlsəfə doktoru |
|
İşçilərin ümumi sayı | 10 | |
Əsas fəaliyyət istiqamətləri | 1. İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri;
2. Biometrik texnologiyaların araşdırılması problemləri; 3. Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması problemləri. |
|
Əsas elmi nəticələri | - İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;
- Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur; - Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün bir sıra metodlar və alqoritmlər işlənmişdir; - Kompüter şəbəkələrində müdaxilələrin adaptive aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur; - Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında bir sıra ekranlaşdırma modelləri işlənmişdir; - Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir; - Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir; - İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi üçün bir sıra metodlar təklif edilmişdir; - Biometrik şablonların mühafizəsi metodları və saxta biometric nümunələrin aşkarlanması metodları işlənmişdir; - Multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri təklif edilmişdir; - Biometrik məlumatlardan kriptoqrafik açarların generasiyası metodları təklif edilmişdir; - E-dövlətin informasiya təhlükəsizliyinin strateji və situasiyalar üzrə idarə edilməsi üçün modellər işlənmişdir; - Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir; - Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir; - Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir; - Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması metodları və klassifikasiya məlumatlarının aqreqasiyası metodları təklif edilmişdir. |