Tel. | (+994 12) 5105591 | |
Faks | ||
Elektron poçtu | vilayet-hesenov@mail.ru | |
Struktur bölmənin rəhbəri | Vilayət Həsən oğlu Həsənov Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 10 | |
Əsas fəaliyyət istiqamətləri | Respublikanın dağlıq ərazilərində makro-mezorelyefin və çay vadilərində isə mikrorelyefin torpaq örtüyü strukturlarının və torpaq xassələrinin formalaşmasına təsirinin müəyyən edilməsi və relyefin plastikası metodu əsasında xəritələşdirilməsi, az məhsuldar şərti yararsız torpaqların daşlılıq dərəcəsinin təyin olunması və ehtiyatının proqnozu | |
Əsas elmi nəticələri | Azərbaycanın çay vadilərində mikrorelyefin və dağlıq ərazilərdə müxtəlif baxarlı yamacların torpaq örtüyü strukturlarının və torpaq xassələrinin formalaşmasına təsiri müəyyən edilmişdir. Relyefin plastikası metodu əsasında Qanıx-Əyriçay vadisinin, Abşeronun və Göygöl Milli Parkının torpaq, torpaq örtüyünün strukturları, torpaq-ekoloji qiymətləndirmə xəritələri hazırlanıb. Böyük Qafqazın dağ çaylarının gətirmə konuslarında yayılmış şərti yararsız torpaqların daşlılıq dərəcəsi və fiziki-kimyəvi xassələri müəyyən edilib.
Respublikanın quru-subtropik zonası düzən-meşə torpaqlarının morfogenetik diaqnostikasının təbii-antropogen dəyişməsi öyrənilib. Bakı şəhəri torpaqlarının göstəriciləri araşdırılıb |