Tel. | (+994 12) 5393336 | |
Faks | ||
Elektron poçtu | geomorf@geography.science.az | |
Struktur bölmənin rəhbəri | ||
İşçilərin ümumi sayı | 13 | |
Əsas fəaliyyət istiqamətləri | Respublikanın bütün ərazisi üçün kiçik, orta və iri miqyaslı geomorfoloji xəritələr tərtibi. Relyefin morfostruktur və morfoskulptur xüsusiyyətləri-müxtəlif mənşəli relyef tipləri, relyefin geoloji strukturlarla əlaqəsi, relyefin formalaşmasında yeni tektonik hərəkətlərin və vulkanizmin rolu, dəniz və çay terrasları, düzəlmə səthləri öyrənilməsi və onların korrelyasiyası aparılmasıdır.
Qədim buzlaq, qravitasiya, eol, vulkanik, palçıq vulkanı və b. relyef formaları, eləcə də karst və sel axınlarının formalaşmasının geomorfoloji əsasları, Xəzər dənizinin və Mingəçevir su anbarının sahillərinin dinamikası öyrənilməsidir. Respublika ərazisində relyefəmələgəlmə, relyefin inkişaf tarixi, yaşı, yeni və müasir tektonik hərəkətlər, müasir ekzogen relyefəmələgətirici proseslər öyrənilməsi, onların yayılma arealı dəqiqləşdirilməsi və xəritələşdirilməsidir. |
|
Əsas elmi nəticələri | Morfostruktur tədqiqatlar nəticəsində relyefin morfostruktur təhlili məsələsinin nəzəri əsasları işlənilmiş, morfostrukturların genetik və taksonomik təsnifatı aparılmışdır.
Paleogeomorfoloji tədqiqatlar nəticəsində yeni tektonik mərhələdə respublikanın paleorelyefi öyrənilmiş, relyefin inkişafının gedişi, formalaşma tarixi, yuyulma materiallarının daşınma və toplanma arealları müəyyənləşdirilmiş və relyefin inkişafının səciyyəvi beş mərhələsi üzrə paleogeomorfoloji xəritələr tərtib edilmişdir. Ayrı-ayrı regionlar üzrə denudasion kəsimin kəmiyyəti müəyyənləşdirilmişdir. Bütün bunlarla yanaşı şöbədə praktiki əhəmiyyət kəsb edən tədqiqat işləri də aparılmışdır. Bunlardan Lənkəran düzənliyində və Böyük Qafqazın cənub yamacında çay bitkisi becərmək üçün əlverişli sahələrin aparılması; Xəzərin və Mingəçevir su anbarının sahillərinin dinamikasının öyrənilməsi; Böyük Qafqazın cənub yamacında sel ocaqlarının və sel axınlarının geomorfoloji əsaslarının öyrənilməsi; Kür-Araz depressiyasında basdırılmış strukturları müəyyən etmək məqsədilə struktur – geomorfoloji tədqiqatların aparılması; respublikanın düzən ərazilərində irriqasiya və meliorasiya tədbirləri aparmaq məqsədilə iri miqyaslı geomorfoloji xəritələşdirmənin aparılması; Kiçik Qafqazın cənub-şərq hissəsində qızıl daşıyan rayonlar üzrə iri miqyaslı geomorfoloji tədqiqatların və Yevlax – Naxçıvan qaz kəməri boyunca kompleks tədqiqatların aparılması və s. |