Tel. | (+994 12) 5393336 | |
Faks | ||
Elektron poçtu | tagelena@rambler.ru | |
Struktur bölmənin rəhbəri | Tağıyeva Yelena Nikolayevna Coğrafiya elmləri doktoru |
|
İşçilərin ümumi sayı | 6 | |
Əsas fəaliyyət istiqamətləri |
Şöbənin əməkdaşları Dördüncü dövrün paleocoğrafiyasına dair geniş tədqiqat işləri apararaq bu dövrün ayrı-ayrı əsrlərinin stratiqrafiyasını, heyvanlar aləmini və bitki örtüyünün bərpası nəticəsində Azərbaycanda Dördüncü dövrdə baş vermiş iqlim dəyişmələrini, bununla əlaqədar olaraq Xəzər dənizində baş verən transqressiya və reqressiyaları, bunların iqlim dəyişmələri ilə əlaqədar olaraq Böyük və Kiçik Qafqazda Pleystosenin müxtəlif əsrlərində formalaşmış buzlaşmalara dair geniş tədqiqat işləri aparmışlar. Bütün bunlarla yanaşı dünyanın ən qədim insan düşərgəsi olan Azıx mağarasında geniş tədqiqat işləri aparılmışdır. Müəyyən edilmişdir ki, Azıx mağarasına ilk insanın məskunlaşması 1,8 mln. il əvvəl Abşeron (Eopleystosen) əsrində baş vermişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, mağarada insanların məskunlaşması əsasən buzlaşma əsrlərində olmuşdur. Buzlaqarası istiləşmə əsrlərində isə açıq düşərgə və çay terraslarında məskunlaşmağa üstünlük vermişlər. |
|
Əsas elmi nəticələri | Dünyanın ən qədim insan düşərgəsi olan Azıx mağarasında geniş tədqiqat işləri aparılmışdır. Müəyyən edilmişdir ki, Azıx mağarasına ilk insanın məskunlaşması 1,8 mln. il əvvəl Abşeron (Eopleystosen) əsrində baş vermişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, mağarada insanların məskunlaşması əsasən buzlaşma əsrlərində olmuşdur. Buzlaqarası istiləşmə əsrlərində isə açıq düşərgə və çay terraslarında məskunlaşmağa üstünlük vermişlər. |