Tel. | (+994 12) 5393376 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | İsmayılov Mirnuh Cavad oğlu Coğrafiya üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 21 | |
Əsas fəaliyyət istiqamətləri | Şərqi Qafqaz timsalında Alp-Himalay qırışıqlığı daxilində təbii landşaftların yaranması, inkişafı və differensiasiyası qanunauyğunluqlarının tədqiqi.Təbii landşaft komplekslərinin relyeflə və yeni tektonik hərəkətlərlə əlaqəsinin landşaft-geomorfoloji və distansion zondlama üsulları ilə öyrənilməsi; antropogen təsirlər nəticəsində müasir landşaftların dəyişilməsi qanunauyğunluqlarının, onların landşaft-geofiziki və landşaft-geokimyəvi xüsusiyyətlərinin və təbii komplekslərdə landşaft-ekoloji və ekogeomorfoloji risk və təhlükələrin müəyyən edilməsi; təbii-antropogen geokomplekslərin landşaft-ekoloji qiymətləndirilməsi; landşaft planlaşmadırılması. | |
Əsas elmi nəticələri | Müasir landşaftların formalaşması və inkişaf dinamikasına yeni tektonik hərəkətlərin və relyefin təsiri qanunauyğunluqları müəyyən edilmişdir.
Tektonik qırılmalarla sərhədlənən ümumiqafqaz və əksqafqaz istiqamətli morfotektonik pillələrin landşaft tip və yarımtiplərinin formalaşmasındakı rolları aşkarlanmış, onların inkişafının paleocoğrafi mərhələ və qanunauyğunluqları öyrənilmişdir. Palçıq vulkanlarının landşaftların morfoloji differensiasiyasında rolu aşkarlanmışdı. Landşaftların formalaşmasında təbii-antropogen proseslərin rolu, onların təbii-dağıdıcı hadisələrin (sel, sürüşmə və s.) tezliyinin artmasına təsiri, landşaft-ekoloji riskin artması və onun vura biləcəyi zərərin miqyası müəyyənləşdirilmişdir. Kosmik şəkillərin deşifrlənmə materialları əsasında geokomplekslərin landşaft-ekoloji qiymətləndirilməsi aparılmış və proqnoz istiqamətli nəticələr əldə edilmişdir. Səhralaşma prosesi, onun ölkə ərazisində inkişaf qanunauyğunluqları, regional paylanma xüsusiyyətləri kompleks landşaft tədqiqatları nəticəsində öyrənilmiş və yaxın 15-20 ili əhatə edən və bu təhlükəli prosesin mümkün inkişafı etdirən proqnoz işlənilmişdir. Aerokosmik şəkillərin etalon-indikasiya deşifrlənməsi əsasında ölkə ərazisində dağ geosistemlərinin morfostruktur quruluşu tədqiq olunmuş, onların inkişafının ekodinamiki gərginlik şəraiti (morfotektonik, morfometrik, ekzodinamik) qiymətləndirilmiş, ekzodinamiki proseslərin kəskin fəallaşması aşkarlanmışdır. Dağ geosistemlərinin müasir landşaft-geomorfoloji ekodinamiki vəziyyətini əks etdirən gərginlik və risk dərəcələri qiymətləndirilmiş və müvafiq landşaft-ekoloji və ekogeomorfoloji xəritələr tərtib olunmuşdur. Azərbaycanda ilk dəfə olaraq landşaft ekoloji-geokimyəvi rayonlaşdırılma aparılmış, toksik duzlar və ağır materiallarla çirklənmə səviyyəsini göstərən landşaft-geokimyəvi xəritələr (1: 500 000) tərtib edilmiş, biokimyəvi cəhətdən fəal elementlərin (Hg, Pb, Zn, As, Ci, Nn, Sc, Ag, B və b.) konsentrasiya dərəcəsi ilə insanların bəzi xəstəlikləri (xərçəng, raxit, podaqra, anemiya, zob (boğaz uru), dişlərin kariyesi və s.) arasında korrelyativ əlaqə müəyyən edilmişdir. |