Tel. | (+994 12) 5385418 | |
Faks | ||
Elektron poçtu | doktor_rq@mail.ru | |
Struktur bölmənin rəhbəri | ||
İşçilərin ümumi sayı | 8 | |
Əsas fəaliyyət istiqamətləri | Şöbənin əsas tədqiqat istiqaməti – səth sularıdır. Müxtəlif fiziki-coğrafi şəraitdə su və gətirmələr axımının formalaşması və keçməsi qanunauyğunluqları, çayların su balansı və su ehtiyatlarının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin çay axımına təsirinin təyin edilməsi, çaylarda keçən daşqın və sellərin hidrodinamik xüsusiyyətlərinin öyrənilməsi, su ehtiyatlarının istifadəsi və mühafizəsi ,göllərin və su anbarlarının tədqiqi, çayların kimyəvi xüsusiyyətlərinin, ion axımının qiymətləndirilməsi. | |
Əsas elmi nəticələri |
Dağ çaylarının formalaşma qanunauyğunluqları və bu prosesdə iştirak edən yeraltı suların öyrənilməmiş çaylarda təyini metodikası işlənilmiş, ilk dəfə olaraq onların ehtiyatları təyin edilmiş və bu elementin xəritəsi tərtib edilmişdir. Dağlıq ölkələr üçün ilk dəfə olaraq su balansı elementlərinin qarşılıqlı əlaqələrinə əsaslanaraq landşaft qurşaqlarının, inzibati rayonların, ayrı-ayrı çay hövzələrinin və bütün respublika ərazisi üçün su ehtiyatları təyin edilmişdir. Müəyyən edilmişdir ki, tranzit çayların axımını nəzərə almaqla Azərbaycanın su ehtiyatları 30,9 km, yerli ehtiyat isə - 10,3 km-dir. Çay sularının yay təbii tənzimlənməsini müəyyən edən metodika təklif edilmişdir. Müəyyən edilmişdir ki, insanın fəaliyyəti nəticəsində Azərbaycanın su ehtiyatları azalmamış, lakin ərazi üzrə yenidən paylanması baş vermişdir. Sülb axımı və asılı gətirmələrin təyini metodikası işlənilmişdir. İlk dəfə olaraq müəyyən edilmişdir ki, Lənkəran təbii vilayətində ekoloji vəziyyətin pozulması nəticəsində və səthi yuyulmanın orta layının 0,030-dan 0,047 mm-ə qədər artması səhralaşma prosesinin dərinləşməsinə səbəb olmuşdur. Çay sularında ion axımının, biogen və orqanik elementlərin hesablama metodikası işlənilmiş, kimyəvi denudasiyanın intensivliyi qiymətləndirilmiş və kimyəvi tərkibinə görə suların təsnifatı aparılmışdır. Azərbaycan göllərinin xüsusiyyətləri və su anbarlarının lillənməsi tədqiq edilmişdir. Şöbənin əməkdaşları son illər “İnsanın təsərrüfat fəaliyyətinin çaylar və onların hövzələrinin ekoloji vəziyyətinə təsiri məsələləri” üzrə öz fəaliyyətlərini davam edirlər. |