Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İqlim və aqroiqlimşünaslıq şöbəsi

İqlim və aqroiqlimşünaslıq şöbəsi
Tel. (+994 12) 5385415  
Faks  
Elektron poçtu khayyamr@rambler.ru  
Struktur bölmənin rəhbəri Xəyyam Şakir oğlu Rəhimov
coğrafiya üzrə fəlsəfə doktoru 
İşçilərin ümumi sayı 15
Əsas fəaliyyət istiqamətləri 

Şöbənin fəaliyyəti dövründə elmi-tədqiqat işləri aşağıdakı istiqamətlərdə aparılmışdır: ayrı-ayrı ünsürlər iqlimşünaslığı, sinoptik iqlimşünaslığı, istilik və radiasiya balansı iqlimşünaslığı, kompleks iqlimşünaslığı, aqroiqlimşünaslıq, kurort və tibbi iqlimşünaslığı, mikroiqlimşünaslıq və zooiqlimşünaslıq.

Hazırda əsas diqqət   iqlim dəyişmələri və onlara uyğunlaşma, aqroiqlimşünaslıq və tibbi iqlimşünaslıq istiqamətlərinə yönəlib.
Əsas elmi nəticələri Şöbədə dağlıq ölkələr üçün radiasiya və istilik balanslarının  hesablama metodikası işlənib hazırlanıb, iqlimin genezisi öyrənilib və iqlim dəyişmələri üzrə mühüm nəticələr alınıb, onun təsirinin  ölkə ərazisində mümkün nəticələri qiymətləndirilib və onlara qarşı uyğunlaşma tədbirləri hazırlanıb; təhlükəli hava hadisələrinin yaranmasının səbəbləri müəyyən edilib, ekstremal mövsüm, ay və dekadaların proqnoz  üsulları təkmilləşdirilib; aqroiqlim ehtiyatları öyrənilib və qiymətləndirilib, müxtəlif bioiqlim potensialına malik olan rayonlar ayrılıb, Azərbaycan ərazisi  timsalında  dağlıq ərazilər üçün aqroiqlim xəritə və atlasların tərtib edilmə metodikası işlənib hazırlanmışdır; əsas k/t bitkilərinin tarla və bağlarının, həmçinin bir sıra şəhərlərin mikroiqlimi, radiasiya və istilik balansları tədqiq edilmişdir; iqlim-meliorasiya sistemi işlənmiş və ölkə ərazisinin iqlim-meliorasiya rayonlaşdırılması aparılmışdır; ölkə kurortlarında iqlimlə müalicə imkanları tədqiq edilmiş və kurort məqsədləri üçün iqlim-landşaft rayonlaşdırılması aparılmışdır