Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Müasir geodinamika və kosmik geodeziya şöbəsi

Müasir geodinamika və kosmik geodeziya şöbəsi
Tel. (+994 12) 4392193 
Faks  
Elektron poçtu kadirovf@gmail.com 
Struktur bölmənin rəhbəri Akademik Qədirov Fəxrəddin Əbülfət oğlu
İşçilərin ümumi sayı 43 
Əsas fəaliyyət istiqamətləri  Qravimetriya, geodinamika, seysmologiya
Əsas elmi nəticələri Qravitasiya sahəsinin zaman-məkan anomaliyalarının paylanma qanunauyğunluqları müəyyənləşdirilmişdir.

Palçıq vulkanları kraterinin altında sıxlığı az olan zona təyin edilmişdir.

Azərbaycanın dərinlik quruluşunun 2D və 3D qravitasiya modelləri yaradılıb.

Ağırlıq qüvvəsinin qabarmayan variasiyalarının qanunauyğunluqları öyrənilib.

Üst mantiya qatlarında Kelvin-Helmholts daxili dalğalarının generasiyasının mümkünlüyü müəyyənləşdirilib.

Azərbaycanın neft və qaz regionlarının çökmə qatlarında qravitasiya qeyri-sabitlik prosesləri öyrənilib.

Neft və qaz rayonlarının çökmə qatlarında konveksiya hərəkətlərinin mövcudluğu sübut olunmuş və karbohidrogen miqrasiyasının konveksiya modeli təklif edilmişdir.

Kompleks tədqiqatlar nəticəsində Moxo sərhədinin altında yerləşən sıx süxurların təsiri hesabına və kontinental tipli plitənin sürətli çökməsi nəticəsində formalaşmış Cənubi Xəzər çökəkliyinin (CXÇ) qravitasiya anomaliyasının kompensasiya konsepsiyası təklif edilmişdir.

Şöbənin alimləri müxtəlif tektonik zonaların qravitasiya sahələrinin qabarma variasiyalarının tədqiqini aparırlar. Kolliziya zonasında yerləşən Şəki stansiyasının qravitasiya sahəsi haqqında məlumatlarının təhlili seysmik proseslərlə bağlı olan sutkalıq və yarımsutkalıq qabarmaları və anomaliyaları müəyyən etməyə imkan yaradıb.

Şöbənin əməkdaşları müxtəlif geoloji və mühəndisi məsələlərin həlli məqsədi ilə regional və mikroqravimetrik ölçmə işlərini yerinə yetirirlər.