Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  INTERESTING INFORMATION

Amerikalı alimlər asteroiddə təhlükəli fenomen aşkarlayıblar
30.10.2020 11:12
  • A-
  • A
  • A+

Amerikalı alimlər asteroiddə təhlükəli fenomen aşkarlayıblar

ABŞ-ın Havay Universitetinin Astronomiya İnstitutunun alimləri “Apofis” asteroidinin sürətində səma cisminin 48 il sonra Yerlə toqquşma ehtimalına təsir edə biləcək təhlükəli dəyişikliklər aşkarlayıb.

Bu barədə universitetin saytında məlumat verilib.

Sürətlənmə səma cisminin gündüz isinən və gecə soyuyan səthində istilik şüalanması səbəbiylə zəif reaktiv impuls alması ilə izah olunub. Asteroidin müşahidələri zamanı tədqiqatçılar “Apofis”in “Yarkovski effekti” səbəbiylə öz orbitindən ildə 170 metr kənara çıxdığını müəyyənləşdiriblər. Bu böyüklük 2068-ci ildə asteroidin trayektoriyasını dəqiq proqnozlaşdırmağı mümkünsüz etmək üçün kifayətdir.

“Apofis” dünyaya kifayət qədər yaxındır. 2029-cu ilin aprel 13-də səma cismini adi gözlə görmək mümkün olacaq: asteroid 37 min kilometr məsafədə (Aydan demək olar ki, 10 dəfə yaxın) Yer orbitində rabitə peyk kəmərindən keçəcək, lakin bu anda Yer üçün təhlükə yaratmayacaq.

Bundan sonrakı müşahidələr XXI əsrin ikinci yarısında bir toqquşma ehtimalını müəyyənləşdirməyə kömək etməlidir.

  • Share: