Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  INTERESTING INFORMATION

Laboratoriyada yaradılmış ürək orqanoidi həqiqi olduğu kimi döyünür
24.05.2021 10:40
  • A-
  • A
  • A+

Laboratoriyada yaradılmış ürək orqanoidi həqiqi olduğu kimi döyünür

Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiyalar İnstitutunun əməkdaşları ürək orqanoidi yaradıblar.

Bu mərhələdə ürəkdə cəmi bir kamera olur. Buna baxmayaraq, ürək divarları lay-lay düzülmüş müxtəlif növ hüceyrələrdən ibarətdir: kardiomiosit (əzələ yığılma hüceyrələri), epitel hüceyrələri, birləşdirici toxuma fibroblastları. Onların yetişdirildiyi kök hüceyrələr müxtəlif konsentrasiyada xüsusi zülal siqnalları ilə emal olunub. Nəticədə kök hüceyrələrin lazımi zaman ardıcıllığında və lazımi məkan sırasında ixtisaslaşmış hüceyrələrə çevrilməsinə nail olunub.

Ölçüsü təxminən 2 millimetr olan ürək kamerası, əsl embrionda olduğu kimi, dəqiqədə 60-100 ritm ilə yığılıb. O, üç aydan çox döyünüb ki, bu da tədqiqatçılara embrional inkişafın gedişində ürəyin necə yarandığına və zədələnməyə necə reaksiya verdiyinə dair bir neçə vacib məqamı müşahidə etməyə imkan yaradıb. Məsələn, zədələnmiş ürək toxumalarında fibroblastların özünü necə apardığını görmək mümkün olub. Məməlilərin dölündə və yeni doğulanında ürək bərpa edilə bilər, lakin dərhal da bu qabiliyyəti itirir.

Buna görə də böyüklərdə infarktdan sonra məhv olmuş kardiomiositlər yeniləri ilə deyil, birləşdirici toxumalarla əvəzlənir. Alimlər ürək orqanoidində birləşdirici toxuma hüceyrələrinin davranışını müşahidə etməklə, ola bilsin gələcəkdə yetkin insanlarda ürək əzələsinin bərpası yolunu tapa bilərlər.

AzərTac

  • Share: