Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  INTERESTING INFORMATION

Alimlər beyinlə bağlı yeni faktlar açıqlayıb
25.05.2021 14:25
  • A-
  • A
  • A+

Alimlər beyinlə bağlı yeni faktlar açıqlayıb

Son iki milyon ildə insan beyni təxminən üç dəfə böyüyüb. Eyni hal fillər və delfinlərdə də müşahidə edilib. Beynəlxalq alimlər qrupu bunun fərqli səbəblərdən olduğunu göstərib. Yeddi ölkədən olan bioloqlar, təkamülçü statistlər və antropoloqlar, hər növdə beyin həcminin - daha dəqiq desək, bədən ölçüsü ilə əlaqəsinin - müxtəlif yollarla dəyişdiyi qənaətinə gəlib. Mütəxəssislər, bunun hər zaman idrak qabiliyyətlərinin artmasına və ya azalmasına səbəb olmadığını da qeyd edir.

1400 növ məməlinin beyin kütləsini müqayisə edib. Beyin və bütövlükdə məməlilərdəki bədənin parametrləri, Yer üzünün tarixindəki iki fəlakətli hadisədən sonra kəskin şəkildə dəyişib - kütləvi yox olma və iqlim dəyişikliyi sırası ilə 66 və 23-33 milyon il əvvəl. Tədqiqatçılar beyin həcminin bədən ölçüsünə nisbətinin hər zaman zəka səviyyəsi ilə əlaqəli olmadığını qeyd edir. Məsələn, kaliforniyalı dəniz aslanının kiçik beyni və üstün zehni qabiliyyətləri var. İnsan balinalar və delfinlərdən daha böyük beyin kütləsinə sahib olan yeganə canlıdır.

Alimlər, beyindəki artımın - son iki milyon ildə təxminən üç dəfə artmasının böyük ehtimalla ağıl səviyyəsindən qaynaqlandığını söyləyir. Eyni zamanda mütəxəssislərin bu haqda mübahisələri davam edir.

deyerler.org

  • Share: