“Airbus” şirkəti Günəşdən qidalanma elementləri ilə işləyən “Zephyr” təyyarəsinin sınaqlarını başa çatdırıb.
Uçuş vasitəsi Yerə enmədən havada 3 həftəyə yaxın vaxt keçirib. Testlərin son məqsədi Yer üzərində insanları stratosferdən sürətli simsiz internetlə təmin etməkdir.
“Zephyr” dördü kiçik hündürlüklərdə və ikisi stratosferdə olmaqla ümumilikdə altı uçuş icra edib. Sonuncu uçuşların hər biri təxminən 18 gün davam edib. Airbus hesab edir ki, təyyarə mülki və hərbi əhalini internetlə təmin edərək fasiləsiz 6 aya qədər uçmağa qadirdir.
Həmçinin “Zephyr”i hər cür kataklizmlərin monitorinqi üçün istifadə etmək olar.
İki kiçik vintlə təchiz edilmiş pilotsuz aparat potensial olaraq peykin buraxılmasından daha ucuz başa gəlir və ətraf mühitə daha az zərər yetirir
Şirkət hesab edir ki, texnologiya genişzolaqlı kabel birləşməsinin əlçatmaz olduğu çoxlu sayda istifadəçilərin internetlə təminatı üçün böyük potensiala malikdir.