Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş sənədli film hazırlanıb
01.10.2025 13:30
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş sənədli film hazırlanıb

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) yaranmasının 100 ili tamam olur. Kitabxananın 100 illiyi ilə əlaqədar “Mədəniyyət” televiziyası tərəfindən “100 illik tarix” adlı sənədli film hazırlanıb. 

Sənədli filmə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, kitabxananın əməkdaşları və oxucular çəkilib.

MEK-in tarixi, fondları, missiyası və hədəfləri haqqında məlumatları özündə əks etdirən sənədli filmdə video və fotoxronikalardan, arxiv materiallarından istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Share: