Bu il Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, həmin vaxt Ayla Yer arasında məsafə 369 min kilometr olacaq: “Ayın yerə yaxınlaşması mobil telefonlara, texnikaya təsir göstərə bilməz, çünki Ayın özünün şüalanması yoxdur, Günəşin şüalarını əks etdirir. Bu yaxınlaşma adi hallardan biridir”.
Direktor müavini bildirib ki, Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcək. X.Mikayılov bu zaman Ayla Yer arasında məsafənin 356 min 550 kilometr olacağını söyləyib.
Alim “Super Ay” hadisələrinin indiyə qədər bir neçə dəfə baş verdiyini və heç bir təhlükə qeydə alınmadığını deyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.