Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Ədəbiyyat İnstitutunun elmlər doktorları

Həmidov İmamverdi Yavər oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan Respublikası, Masallı rayonu, Bala Kolatan kəndi 
Təvəllüdü 01.01.1941
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti  
Elmi dərəcəsi Filologiya üzrə elmlər doktoru 
Elmi rütbəsi professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun ad



5718.01

Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)

İbn Quteybə Dinəvəri. Həyatı, şuubiyyə, “adab” və ədəbi tənqidə aid əsərləri 
Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



5716.01;5718.01

Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)

Azərbaycan ədəbiyyatı klassiklərinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi problemleri 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

99

 

29

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-fəlsəfə doktorlarının sayı

-elmlər doktorlarının sayı

 

5

2
Əsas elmi nailiyyətləri 1.IX əsr filoloqu İbn Kuteybə Dinəvərin ədəbi tənqid, ”adab” və şuubiyyəyə aid əsərləri müasir  ədəbiyyatşünaslıq baxışları ilə elmi təhlildən  keçirilmiş və dəyərləndirilmişdir.

2. Nizamiinin “Leyli və Məcnun”  poemasının yazılı qaynaqlarından biri “Əxbarul-Məcnun va əşaruhu” əsərinin müəllifi  Əbu Bəkr Valibinin yaşadığı dövrün X əsrlə bağlanması və onun  Azərbaycanlı olması sübut edilir.

3.İlk dəfə ərəbcə yazmış  Azərbaycanlı şairlər Ömər Gənci (XI əsr), İskafi Zəncani və Məğlisi  Marağainin (X-XI əsrlər) poetik irsi ortalığa çıxarılmış və öyrənilmişdir.

4. Azərbaycan klassikləri, Xaqani Şirvani, Nizami Gəncəvi  və  Məhəmməd Füzuli irsini araşdımış  ərəb alimləri Məhəmməd Quneymi Hilal, Əbdunueym Həsəneyn, Hüseyn Mucib əl- Misri, Səid Camaləddin, Məhəmməd Cuma və başqalarının tədqiqatları dünya və Azərbaycan ədəbiyyatşünaslığının baxışları əsasında dəyərləndirilmiş, yanlış fikirləri göstərilmişdir.

5. Ərəb alimləri Nasr Abbas və Fatimə əl-Məvafi ilə birlikdə ərəb dilində nəşr etdiyi “Əl-ədəbul-azəri” (“Azərbaycan ədəbiyyatı”) kitabında Azərbaycan ədəbiyyatının başlanğıcdan XX əsrin ortalarına qədər inkişaf istiqamətləri və yaradıcılıq metodlarını ümumiləşdirmiş və bədii material əsasında izah etmişdir.

Elmi əsərlərinin adları 1. İbn Kuteybə Dinəvəri. Bakı, 1998, 144 s. (rus dilində)

2. Əbu Bəkr əl-Valibi və onun “Əxbarul-Məcnun va əşaruhu” əsəri, Bakı, Elm, 1999, 145 s.

3. Azərbaycan -ərəb ədəbi əlaqələrindən səhifələr. Bakı. Elm, 2002, 210 s.

4. Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında, Bakı, Elm, 2007, 214 s.

5. Əli İbn Əbi Talibin divanı. Ərəb dilində filoloji tərcümə (M.V.Muxtari ilə birlikdə), Bakı, 2001, 168 s.

6.Əl-ədəbul-azəri (Azərbaycan ədəbiyyatı), (Nasr Abbas və  əl-Məvafi ilə birgə), Əbu Dabi, 2013, 250 s. (ərəb dilində).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

1 AMEA Nizami adına  Ədəbiyyat institutundakı D 01.131-Dissertasiya şurasının üzvü və elmi katibi

2. AMEA Nizami adına  Ədəbiyyat institutunun Elmi Şurasının üzvü 

3.Filologiya elmləri üzrə Problem Şurasının üzvü.

Pedaqoji fəaliyyəti 1993-2011 - Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı müəllimi

1997-2006 – Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi

1999-2010 – Bakıdakı Misir Mədəniyyət Mərkəzində ərəb dili müəllimi

Digər fəaliyyəti  1994-1997 – “ Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri 
Təltif və mükafatları

2004 və2013 – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Fəxri fərmanı

Əsas iş yeri və ünvanı AMEA Nizamiadına Ədəbiyyat İnstitutuAZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 117
Vəzifəsi Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri 
Xidməti tel. (+994 12) 5103425 
Mobil tel. (+994 50) 3664062  
Ev tel. (+994 12) 4415478 
Faks (+994 12) 5102092 
Elektron poçtu mamverdi.hamidov@mail.ru