Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Gəncə Bölməsinin institut və təşkilatları

Diyarşünaslıq İnstitutu

 

Ünvan AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 419 
Tel. (+994 22) 2565829 
Faks (+994 22) 2565829 
Elektron poçtu metanet_aliyeva_2016@mail.ru  
Direktor  
Direktor müavini Kərimzadə Pərvin Orxan qızı 
Elmi katib

Əliyeva Mətanət İkram qızı

Yaranma tarixi  19 dekabr 2012-ci il 
Əsas fəaliyyət istiqamətləri Gəncə şəhərinin tarixinin xronoloji mərhələlər üzrə öyrənilməsi, regionun arxeoloji və etnoqrafik materiallarının qədim məhəllələri və sənətkarlıq sahələrinin araşdırılması. 
Əsas elmi nəticələr

Gəncə şəhəri tarixinin tədqiqi ilə bağlı elmi araşdırmalar aparılmış, Osmanlı İmperiyası arxivindən materiallar əldə edilmişdir.

Gəncə şəhərinin 4000 illik şəhər mədəniyyəti mərkəzi kimi tarixi yaşını sübuta yetirən sənətkarlıq nümunələri, xüsusilə də dulusçuluq məmulatlarının müxtəlif qədim əsərlərdəki faktları təsdiq olunmuşdur. Şəhərin xronoloji xəritəsi hazırlanmışdır.

Gəncənin qədim tarixi və memarlıq abidələri tədqiq edilmiş, 800-dən artıq tarixi və maddi-mədəni abidənin olduğu müəyyənləşdirilmişdir.

“Gəncə tarixi abidələri kataloqu” üçün materiallar toplanmışdır.

İslam dininin ən qədim ziyarətgahlarından biri olan İmamzadə ziyarətgahı araşdırılmış, mövcud qədim kitabələr və əlyazmalar əsasında Şahzadə İbrahimin 739-cu ildə burada dəfn olunması və məzarı üzərində türbələrin tikilməsi aşkarlanmış və monoqrafiya çap olunmuşdur.

Gəncə şəhərinin qədim tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən şəhər məhəllələrinin tarixi araşdırılmış, 116 məhəllənin mövcudluğu müəyyən edilmişdir.

Gəncənin tədqiq edilən qədim tarixi-memarlıq abidələri olan alban məbədləri ilə bağlı araşdırmalar aparılmışdır.

Azərbaycanın azadlıq mücadiləsində ən önəmli yerdə duran Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyəti, dövrün mürəkkəb və ziddiyyətli məqamları Nağı bəy Şeyxzamanlının “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabı əsasında yeni aspektdə tədqiq edilmişdir.

İşçilərinin ümumi sayı  33
Struktur bölmələri

1. Tarix şöbəsi

2. Arxeologiya şöbəsi

3. Etnoqrafiya şöbəsi

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri
 

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri
 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri
 
İctimaiyyətlə əlaqələrə məsul şəxs  
Elmlər doktorları 
Fəlsəfə doktorları