Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Avtomatlaşdırma və proqram təminatı şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri  Natavan Hacıyeva
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

Öz fəaliyyətini AMEA alimləri, doktorant və dissertantlara, professor-müəllim heyətinə, mütəxəssislərə və digər oxucu qruplarına elektron informasiya xidmətinin göstərilməsi əsasında qurub.

Şöbə kitabxana-informasiya xidmətinin modernləşdirilməsinə, informasiya təminatının optimallaşdırılmasına, zaman və məkan məhdudiyyəti olmadan Mərkəzi Elmi Kitabxananın e-kataloqu və e-kitabxanası mek.az saytı vasitəsi ilə uzaq məsafədən elektron informasiya xidməti göstərir, kitabxanada xidmət səviyyəsinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması işini tənzimləyir, kitabxanada tətbiq edilən İRBİS64+AKİS (Avtomatlaşmış Kitabxana İnformasiya Sistemi) İnzibatçılığı və onun texnoloji proseslərinin tənzimlənməsi, əlavə və dəyişikliklərin tətbiqi məsələləri ilə məşğul olur.

AKİS modullarının quraşdırılması, texnoloji proseslərin izlənməsi, lazım olduqda hər bir modula müdaxilə, qarşıya çıxan texnoloji nasazlıqların aradan qaldırılması, verilənlər bazalarının (VB) yaradılması, əlavə edilməsi və konvertasiyasını həyata keçirir, AKİS-lə bağlı sorğuların öyrənilməsi və problemlərin aradan qaldırılması məqsədilə öyrədici kurslar təşkil edir.

Həmçinin kitabxananın lokal və internet şəbəkəsinin işinin idarə edilməsi, elektron informasiya avadalıqlarının quraşdırılmasını həyata keçrir, şəbəkələrin fasiləsiz işləməsinə nəzarət edir.