Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

İnnovativ layihələr və metodiki təminat şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Səyyarə Məmmədova
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

AMEA MEK-in rəsmi olaraq metodiki rəhbərlik fəaliyyəti 1962-ci ildə metodist ştatının açılması ilə təsdiq edilmiş, 1969-cu ildə isə “Elmi-metodiki şöbə” təşkil olunmuşdur.

1985-ci ildə MEK-in “Elmi-metodiki” və “Elmi tədqiqat” şöbələri birləşdirilərək Kitabxanaşünaslıq şöbəsi yaradıldı. Kitabxanaşünaslıq şöbəsinin strukturuna iki bölmə daxil idi: elmi tədqiqat bölməsi və elmi metodiki bölmə.

1999-cu ildə MEK-in “Kitabxanaşünaslıq” şöbəsi yenidən “Elmi-metodiki” şöbə adlandırıldı.

2003-cü ildə MEK-də struktur dəyişikliyi ilə əlaqədar olaraq kitabxanada bəzi şöbələr birləşdirilmiş, Elmi-metodiki şöbə isə Kitabxanaşünaslıq və innovasiya şöbəsi adlandırılmışdı. Bu dövrdə ümumiyyətlə, AMEA kitabxana sistemində tətbiq edilən bütün iş növlərinin təkmilləşdirilməsi bilavasitə “Kitabxanaşünaslıq və innovasiya” şöbəsi əməkdaşlarının yaxından iştirakı ilə yerinə yetirilirdi.

2003-cü ildə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən MEK-ə elmi statusun verilməsi kitabxananın fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə təsir göstərən mühüm amillərdən biri oldu.

2006-2013-cü illərdə “Kitabxanaşünaslıq və innovasiya” şöbəsinin əsas təyinatı – MEK-in şöbələrinin fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi və yeniliklərin tətbiqi, normativ qanunvericilik aktlarının yerinə yetirilməsinin metodiki təminatı və onlara nəzarətin həyata keçirilməsi işi olmuşdur.

MEK-də 2014-cü ildə aparılan struktur dəyişikliyi ilə əlaqədar “Kitabxanaşünaslıq” şöbəsi ləğv olunmuş, MEK-in ETİ kitabxanalarına metodiki təminat işi dayandırılmışdır.

AMEA MEK və ETİ kitabxana şəbəkəsinin fəaliyyətini dövrün tələblərinə uyğun istiqamətləndirmək, müasir və daha operativ elmi-metodiki idatəetməni həyata keçirmək məqsədilə 2020-ci ildə şöbə “İnnovativ layihələr və metodik təminat” adı altında yenidən yaradılmışdır.

İnnovativ layihələr və metodik təminat şöbəsi- kitabxana işi sahəsində elmi-metodiki işləri, AMEA elmi tədqiqat institutları nəzdindəki kitabxanaların və MEK-in fəaliyyətinə metodiki rəhbərliyi, kitabxana işi və biblioqrafiya məsələlərinin elmi-nəzəri cəhətdən işlənib hazırlanmasını və onun nəticələrinin kitabxana işinə tətbiqinə dair layihələri həyata keçirir.