Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Nadir kitablar və qiymətli nəşrlər fondu
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Sevil Məmmədova
İşçilərin ümumi sayı 6
Əsas fəaliyyət istiqamətləri 

1998-ci ildə yaradılıb. Fonddakı kitablar nəşr tarixinə, region və ölkə əhəmiyyətinə, nəfis tərtibatına, ölçülərinə görə (ən iri, ən kiçik) və digər meyarlar əsasında seçilib, unikal nəşrləri özündə birləşdirir. Ədəbiyyat əsasən rus, ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir.

Fondda Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 22 kitab mühafizə olunur. Kitabların dili ölü dil hesab olunan latın dili, mövzuları isə qədim Roma İmperiyasına, tarixə, kilsəyə və dinəm aiddir.

Qədim nəşrlər 1502-1572-ci illəri əhatə edir. Kitablar “Azərbaycan Respublikasının Kitab Abidələri”nə daxil edilib. Bunlardan nəşr tarixinə görə ən qədimi 1502-ci ilə aid, Р-5098 şifrəsində olan “Heptalogium ex diversis paginis atque auctorum officinis congestum” kitabıdır. Qədim kitablar xüsusi hazırlanmış şüşəli stendlərdə mühafizə olunur. Fondda səhifələrinin kənarı qızıl suyu ilə işlənmiş, dəri materialı ilə cildlənmiş, üz qabığı təbii firuzə qaşlarla bəzədilmiş kitablar saxlanılır. Üz qabığının kənarları qızıl suyuna salınmış kitab: Stieler Karl. İtalien – Eine Wanderung von den Alpen bis zum Aetna. Sduttqart, 1880.

Kitab müəllifin səfərindən, Florensiya, Roma, Neapol və başqa şəhərlərin əsrarəngiz gözəlliklərindən, şəhər sakinlərinin həyat tərzindən bəhs edir. Müəllif antik şəhərlər olan Pompey, Kolizey, Ponteon və digər tarixi abidələrdən də söhbət açıb. Fondun həcmcə ən iri ədəbiyyatı (54x64 sm) – Edwart Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebıl – London, 1893” kitabıdır. Bu əsər ingilis dilindədir. Ən balaca kitab (3,5x4,5 sm) – Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir. Fondda tərtibatı ilə xüsusi olaraq seçilən ədəbiyyat firüzə qaşlarla bəzədilmiş Ebers G. Aegypten: İm Bild und Wort. – Stutgart; Leipzig, 1879 kitabıdır. Burada əsər Napoleon Bonopartın “Misir ekspedisiyası” adı altında Misirə daxil olmasından bəhs edir. Misirin əsas tarixi hadisələri, adət-ənənələri, Şərqin qədim universitetlərindən biri olan Əl-Əzhər İslam Universiteti haqqında geniş məlumat verilib.

Nadir və qiymətli nəşrlər fondunda Azərbaycan dilində də ölkə və dünya əhəmiyyyətli nəşrlər toplanıb. Orta əsrlər Azərbaycan incəsənətinin ən parlaq səhifələrindən olan miniatür boyakarlığı nəinki orta əsr müsəlman sivilizasiyasını, hətta bütün dünya incəsənətini misilsiz dərəcədə zənginləşdirmişdir.

Azərbaycan miniatür sənəti özünəməxsus orijinallığı, zənginliyi və rəngarəngliyi ilə seçilir. Nadir kitab fondunda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur.

XIX əsrdə Broxqauz-Efron tərəfindən nəşr olunmuş Ensiklopedik lüğət (82 cild), XIX əsrdə nəşr olunan “Qranat” ensiklopedik lüğət (44 cild), 1875-ci il nəşri ingilis dilində “Britanika” (31 cild), 1946-cı il nəşri “Britanika” (20 cild), 1944- cü il nəşri Amerikan ensiklopediyası (28 cild), Londonda nəşr olunmuş “Yeni universal ensiklopediya” (14 cild), 1994-cü ildə nəşr olunmuş “Dünya kitabı” ensiklopediyası (22 cild) oxucuların diqqətini daha çox çəkir və onlara tez-tez müraciətlər olur.

Həmçinin alman dilində 1977-ci ildə nəşr edilmiş 15 cilddə “Mayerin yeni lüğəti” universal ensiklopediyadır. Fransız dilində isə “P.Larousse”, “Qrand ensiklopedi”, “Universales” ensiklopediyaları da fonddakı nadir nümunələrdəndir.

Nadir kitab fondunda müxtəlif  kolleksiyalar da mövcuddur. Bunlardan ən zəngini tanınmış numizmat - alim Yevgeni Aleksandroviç Paxomovun şəxsi kitab kolleksiyasıdır. Fondda Poçt nişanları kolleksiyası da toplanıb. Miniatür nəşrlər kolleksiyasında kitabların ən böyüyü 13 sm, ən kiçiyi isə 3,5 sm-dir. Kolleksiyada müxtəlif elm sahələri üzrə və dahi şəxsiyyətlər haqqında çap olunmuş minüatür nəşrlər yer alır. Xaricdə yaşamış azərbaycanlıların məzarları kolleksiyası isə 53 fotodan ibarətdir.

Ən qiymətli kitablar xüsusi mühafizə rejimində, yəni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunur