Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Xarici dillərdə ədəbiyyat fondu
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Kübra Sadıqova
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

2021-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Xarici dillərdə ədəbiyyat fondu şöbənin əsasnaməsi və illik planı əsasında iş aparır. Fondda ümumilikdə 1.004.262 nüsxə kitab jurnal və qəzet mühafizə olunur.

Xarici dillərdə ədəbiyyat fondu – Rus, Şərq, Avropa dillərində ədəbiyyatı özündə birləşdirir.

1. Rus dilində ədəbiyyatın mühafizə bölməsində 592.022 nüsxə kitab, 139.672 sayda jurnal qorunur. Orta əsrlərdən başlayaraq dövrümüzə kimi müxtəlif elmi və bədii ədəbiyyatı, lüğətləri və mətbuat səlnamələrini əhatə edir.

2. Avropa dillərində ədəbiyyat bölməsində 61.971 nüsxə kitab, 125.069 sayda jurnal mühfizə edlilir. Fondda ingilis, alman, fransız, macar, italyan, polyak, danimarka, bolqar, rum, ispan, yapon və s. dillərdə qorunan ədəbiyyatlar zənginliyi və nəşr olunma illərinin qədimliyinə görə fərqlənir. Çox böyük əhəmiyyətə malik olan bu fondda XVI-XVII əsrlərdə çap edilmiş kitab nüsxələri də vardır.

3. Şərq dillərində ədəbiyyat bölməsində 46.372 nüsxə kitab, 12.520 iurnal, 23.987 sayda qəzet qorunur. Həmcinin fondda Yevgeni Aleksandroviç Belyayevin (229), Bertels Yevgeni Eduordoviçin (4287), Zahid Yusif oğlu Hüseynzadənin (524), Georgi Hazainin (1948), Boris Nikolayeviç Zaxoderin (2077) şəxsi kolleksiyaları mühafizə olunur.

Xarici dillərdə ədəbiyyat fondunun Şərq dillərində ədəbiyyat bölməsi şərqşünas alimlər, mütəxəssislər üçün qiymətli və əvəzsiz fondlardan biri və nadir kitabların saxlanma sayına görə MEK-in ən diqqətəlayiq kitab saxlanclarındandır.

Burada Şərq dillərinə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövrü mətbuat nüsxələri, 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın Arxiv fondu, 64 adda o dövrün mətbuat nüsxələri, fotosürətlər və mikrofilmlər mühafizə olunur.

Fondda, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanıb. Şərq dillərində ədəbiyyat fondunun əsas hissəsini ərəb, fars, türk dillərində olan çox qiymətli kitab, jurnal və qəzetlər təşkil edir və kitablar nadir elmi əsərlərin sayına görə kitabxanamızın qızıl fondu hesab edilə bilər.