Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Qarabağ müharibəsi qəhrəmanları fondu
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Röksanə Səfərzadə
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

28 yanvar 2021- ci il tarixli 6/3 nömrəli qərarına əsasən Azərbaycan kitabxana sistemində ilk olaraq MEK-in Baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü və bilavasitə köməkliyi ilə Qarabağ müharibəsi qəhrəmanları fondu yaradılıb.

Fond AMEA Rəyasət Heyətinin qərarından dərhal sonra fəaliyyətə başlayıb. Fondun əsas məqsədi I və II Qarabağ müharibəsində, Aprel döyüşü, Tovuz döyüşü zamanı Vətənin ərazi bütövlüyünü bərpa etmək üçün canını fəda edən, qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

Fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibəsi, Aprel döyüşü, Tovuz döyüşü qəhrəmanlarının ailələri ilə əlaqə yaradılır, görüşlər təşkil edilir və onlar haqqında məlumatlar, video materiallar, fotoşəkillər toplanılır, və sənədləşdirilmiş formada qorunub saxlanılır.

Hal-hazırda 2000-ə yaxın material toplanaraq sənədləşdirilib və bu iş mərhələli şəkildə davam etdirilir.

Həmçinin şəhidlərin ailələri tərəfindən qəhrəmanlarımıza məxsus olan kitablar Qarabağ müharibəsi qəhrəmanları fonduna hədiyyə olunur.

Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1000-ə yaxın kitab, qəzet və s. materiallar da fondda yer alıb.

44 günlük savaş haqqında yazılmış kitablar müəllifləri tərəfindən fonda hədiyyə olunur və bu ənənə davam etdirilir.

Elektron və ənənəvi kataloq və kartoteka sistemi ilə Qarabağ müharibəsi qəhrəmanları fondu oxuculara xidmət göstərir.

Fondun əməkdaşları davamlı olaraq respublikanın müxtəlif şəhər və rayonlarında qəhrəman şəhidlərimizin ildönümləri ilə bağlı tədbirlərdə iştirak edirlər