Tel. | ||
Faks | ||
Elektron poçtu | nargiz.azeri@gmail.com | |
Struktur bölmənin rəhbəri |
Novruzova Nərgiz |
|
İşçilərin ümumi sayı | ||
Əsas fəaliyyət istiqamətləri |
AMEA Mərkəzi Elmi Kitabxanasının “Biblioqrafiya şöbəsi” 1923-cü ildə təşkil olunmuş “Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti”nin nəzdində 1924-cü ildə “”Biblioqrafiya bürosu” kimi fəaliyyətə başlayıb. 1925-ci ildə “Elmi Kitabxana” ilə “Biblioqrafiya bürosu”nun fəaliyyəti birləşdirilib. 1959-cu ildə “Məlumat-biblioqrafiya”, 1967-ci ildə “Elmi biblioqrafiya”, 1973-cü ildə “Elmi-texniki informasiya”, 2003-cü ildə “Biblioqrafiya şöbəsi” adı altında fəaliyyət göstərən şöbə 2015-2020-ci illərdə “Kitabxana-xidmət şöbəsi”nin tərkibində “Biblioqrafik sorğular bölməsi”, 2020-ci ildə isə kitabxanada baş verən struktur dəyişikliyinə əsasən yenidən “Biblioqrafiya şöbəsi” adlandırılıb. 2024-cü ilin may ayından etibarən şöbə iki yerə bölünərək “Biblioqrafik nəşrlər” və “Biblioqrafik və elektron informasiya xidməti” şöbələri kimi fəaliyyətini davam etdirir. Şöbənin əsas vəzifəsi tematik mövzularda elmi biblioqrafik göstəricilərin, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından şəxsi biblioqrafiyaların tərtibi və redaktəsidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən cari ildə keçiriləcək dövlət əhəmiyyətli tarixi günlər və ya məşhur şəxsiyyətlərin yubileyləri ilə əlaqədar diyarşünaslıq xarakterli biblioqrafik vəsaitləri tərtib və redaktə edir. |