Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Elektron xidmətlər şöbəsi
Tel. (+994 51) 344 52 22
Faks  
Elektron poçtu abdullayevanuride04071985@gmail.com
Struktur bölmənin rəhbəri Nuridə Abdullayeva
İşçilərin ümumi sayı 3
Əsas fəaliyyət istiqamətləri 

“Elektron xidmətlər” şöbəsi 11 sentyabr 2023-cü il tarixində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 17/15 №-li Qərarı ilə yaradılıb. İnformasiya cəmiyyətinin baza prinsiplərinə əsaslanaraq informasiyanın əmtəəyə çevrilməsini (maddiləşməsini), informasiya bazarının formalaşmasında cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsini, qlobal informasiya mühitinin yaranmasını təmin edən elektron xidmətlər kitabxana işində də ehtiyac duyulan sahədir. Məlumdur ki, elektron xidmətin göstərilməsi üçün sürətli internet əsas vasitədir. Bu daha böyük müştəri bazasına daxil olmaq, müştərilərlə alternativ əlaqə, göstərilən xidmətlərin artırılması, rəqabət mühitinin yaradılması, şəffaflığın artırılması üçün əvəzsiz xidmət növüdür. Bu xidmət növündə əsas məqsəd istifadəçilərlə qurumlar arasında olan vaxt və zaman anlayışını azaltmaq, bu münasibətləri sadələşdirməkdir.

Şöbə aşağıdakı işləri icra edir:

-Elektron resurslar şöbəsində (vikipediya) hazırlanan və redaktə olunan məqalələrin hesabatı,

-Elektron  resurslar şöbəsində keçirilən təlimlərin hesabatının hazırlanması və bu təlimlərin mətbuatda işıqlandırılması,

-Rəqəmsal resursların Dispeys və TÜBİTAK platformasında yerləşdirilməsi Google Scholar da Mərkəzi Elmi Kitabxananın elmi dərəcəsi və elmi adı olan əməkdaşları üçün profilin yaradılması,

-mek.az saytına nəzarət, saytda lazım olan elektron işlərin həyata keçirilməsi.