Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Ekobotanika və sistematika şöbəsi

Ekobotanika və sistematika şöbəsi
Tel. (+994 12) 5628625 (122)
Faks (+994 12) 4499221  
Elektron poçtu

 

Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri 

1.Mədəni bitkilərin yabanı müxtəlifliyinin (MBYM) (qida, dərman, yem, meyvə, giləmeyvə, yabanı tərəvəz bitkilərinin) ekobotaniki və sistematik (o cümlədən molekulyar filogenetik) təhlili, morfobioloji xüsusiyyətlərinin və senopopulyasiyalarının öyrənilməsi.

2. MBYM üzrə yüksək keyfiyyət göstəricilərinə malik nümunələrin aşkar edilməsi, onlar üzrə herbari və toxum materiallarının toplanılması, onların hibridləşmə və seleksiya işlərində istifadə olunması üzrə təkliflərin hazırlanması.

3. MBYM-nə aid taksonların biotoplarının, ekoloji qruplarının, hündürlük qradientlərinin, həyat formalarının tədqiqi.

4. MBYM-nə aid bitkilərin ekoloji faktorların təsiri altında xarici və daxili quruluşlarında baş verən biomorfoloji dəyişkənliklərin tədqiqi.

5. MBYM üzrə nadir, nəsli kəsilməkdə olan və endem növlərin ekobotaniki tədqiqi, onların senopopulyasiyalarının qiymətləndirilməsi, bərpası üçün toxum və digər rüşeym plazması materiallarının toplanılmas ıvə mühafizə tədbirlərinin işlənib hazırlanması.

6.Ekoloji botaniki və sistematik tədqiqatların nəticəsi olaraq MBYM təsnifatının təkmilləşdirilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə strategiyaların müəyyən edilməsi.

Əsas elmi nəticələri

Şöbənin əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycanda mədəni bitkilərin yabanı müxtəlifliyi (MBYM) tədqiq edilmiş, bu məqsədlə Azərbaycanın əksər bölgələrinə floristik ekspedisiyalar təşkil edilmiş, nəticədə respublikanın flora biomüxtəlifliyində 900 növdən çox qiymətli əcdad bitkiləri olması aşkar edilmişdir. Əcdad bitkilərinin Beynəlxalq təsnifatına (Crop Willd Relatives, Jack Harlan and Jan de Wet, 2016) uyğun olaraq bunlardan 124 növün I və II genefond qruplarına aid olması müəyyən edilmiş, onların orijinal təsnifatı işlənib hazırlanmış və nəşr edilmişdir (Asgarov, Akperov, 2017). Bu növlər keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksək olması, stress amillərə davamlılığı, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyü baxımından qiymətlidirlər və beynəlxalq təcrübədə hibridləşmə və seleksiya işlərində geniş surətdə istifadə olunurlar. Bunların bir qismi son illərdə təbiətə antropogen amillərin artması nəticəsində itmək təhlükəsi altına düşmüşlər. Belə növlər təxminən 180-dən çoxdur, bu nəticə də “Əcdad bitkilərinin Qırmızı siyahısı” adlı məqalə olaraq nəşr edilmişdir (Əsgərov, 2017 ). Orada endem və subendem növlər də təhlil edilmişdir (Əsgərov, 2011; 2014; 2016; Аскеров, 2014).

Trifolium cinsi növlərinin biomorfoloji əlamətlərinin klaster analizi üzrə əldə edilmiş nəticələr Springer nəşrinin “Genetic Resources and Crop Evolution” jurnalında nəşr edilmişdir (Mammadyarova et al., 2019). Bunlardan başqa, əcdad bitkilərindən qiymətli yem bitkisi sayılan bir Üçyarpaq yonca növü (Trifolium patens) Qafqaz florası üçün yeni növ kimi aşkar edilmiş və impakt faktorlu jurnalda nəşr olunmuşdur (Мамедьярова и др., 2018).

Lərgə (Vicia), Qarayonca (Medicago), Gülülcə (Lathyrus), Üçyarpaq yonca (Trifolium) cinslərinə aid 48 növün toxum nümunələrinin mikromorfoloji xüsusiyyətləri skan elektron mikroskopunda (SEM) tədqiq edilmiş, Qarayonca (Medicago L.) cinsinə aid 9 növün İSSR markerlərlə genetik müxtəlifliyinin qiymətləndirilməsi aparılmış və əldə edilən nəticələr 6 impakt faktorlu jurnallarda nəşr edilmişdir (Asadova, Asgarov, 2020; Guvendiyev, Asgarov, 2020; Аллахвердиева, Аскеров, 2020; Маммедярова, Аскеров, 2020, Гювендиев и др., 2020).


İşğal altında olan ərazilərin bitki yabanı müxtəlifliyi A. Əsgərov tərəfindən tədqiq olunmuş və “Natural Resources Western Azerbaijan (Ganjabasar and Garabagh)” monoqrafiyada (2016) nəşr olunmuşdur.


Şöbədə yerli “Kritik təhlükə həddində olan ali bitkilərin biosistematik tədqiqi, mühafizəsi və in situ bərpasının elmi əsaslarının işlənib hazırlanması” və beynəlxalq “Collection of Crop Wild Relatives in Azerbaijan” qrant layihələri həyata keçirilmişdir. Bundan başqa, şöbənin əməkdaşları əcdad bitkilərinin öyrənilməsi üzrə Avropa Proqramında və Azərbaycan respublikasının Dövlət proqramında iştirak edirlər.


1. Şöbədə 2 kitab və son 5 ildə dövrü elmi nəşrlərdə 53 məqalə nəşr etdirmişlər ki, onlardan 16-ı impact faktorlu jurnallardadır. Alınan nəticələr bir neçə monaqrafiya və məqalələrdə nəşr olunmuşdur: Azərbaycanın ali bitkiləri, l – III cildlər, Bakı, 2005 – 2008 (A.M. Əsgərov); Azərbaycan florasının konspekti, Bakı, 2011 (A.M. Əsgərov); Azərbaycanın bitki aləmi, Bakı, 2016 (A.M. Əsgərov); Trifolium patens (Fabaceae) — новый вид для флоры Кавказа. Новости систематики высших растений, 2018, Т. 49 (Мамедьярова К. А. , Аскеров А. М. , Росков Ю. Р.); Studies on a clover (Trifolium L.) collection from Lenkaran-Lerik region of Azerbaijan. Genetic Resources and Crop Evolution, 2019, V.66, N3 (K. Mammadyarova, A. Asgarov, Z. Akparov); Micromorphology of seeds of Bucerates, Lunatae, Hymenocarpos sections of Medicago L. species in Azerbaijan. International Journal of Botany Studies 5 (1), 2020 (Guvendiyev V., Asgarov A.); Micromorphology of seed in some Vicia taxa belonging to section Crassa from Azerbaijan. Бюллетень ГНБС, 2020 (K. Asadova, A.Asgarov);


“Микроморфологическая структура семян у некоторых видов Lathyrus L. на Южном Кавказе (Азербайджан).” Ученые записки Крымского федерального университета имени В. И. Вернадского Биология. Химия. Т. 6 (72). 2020. № 1. (Аллахвердиева Г., Аскеров А.);


“Исследования микроморфологических особенностей семян видов рода Trifolium L. Флоры Южного Кавказа (Азербайджанская Республика, Талыш) на электронном микроскопе (СЭМ) и их таксономическое значение. “Ученые записки Крымского федерального университета имени В. И. Вернадского” Биология. Химия. Т. 6 (72). 2020. № 2. (Маммедярова К., Аскеров А.); “Исследование генетического разнообразия рода Люцерна (Medicago L.) с применением ISSR маркеров”. Проблемы развития АПК региона научно-практический журнал Дагестанского Государственного Аграрного Университета Имени М.М. Джамбулатова. №1(41). 2020 (Гювендиев В., Аскеров А., Гювендиева Х., Калантарова Н., Гаджиев Э.); Биоморфологическая оценка некоторых таксонов вики (Vicia L., Fabaceae Lindl.), распространенных в Азербайджане. Ученые записки Крымского федерального университета имени В.И. Вернадского. Биология. Химия. 2020 (Асадова К., Аскеров А.).