Tel. | (+99412) 5628625 (118) | |
Faks | (+99412) 4499221 | |
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | Hacıyev Elçin Saday oğlu | |
İşçilərin ümumi sayı | 15 | |
Əsas fəaliyyət istiqamətləri |
Kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin entomoloji, xəstəliklərinin isə təbii və süni fonda fitopatoloji, viroloji və molekulyar qiymətləndirilməsi əsasında tolerant və davamlı bitki formalarının aşkarlanması və onların əlamət kolleksiyalarının yaradılması; Bitkilərdə xəstəlik törədən mikroorqanizimlərin süni fonda yetişdirilərək onların mikroskopik təyin edilməsi; Ərzaq və kənd təsərrüfatı əhəmiyyətli bitkilərin genom səviyyəsində tədqiqi, xəstəliklərə davamlılıq genlərinin skrininqi, onların ekspresiya qabiliyyətinin müəyyənləşdirilməsi, davamlı formaların seçilməsi və yeni sortların yaradılmasında donor kimi istifadəsi. |
|
Əsas elmi nəticələri |
İstər təbii, istərsə də süni fonda aparılan fitopatoloji, immunoloji və molekulyar qiymətləndirilmə nəticəsində immun, yüksəkdavamlı, davamlı və tolerant bitkilər aşkar edilmişdir ki, onlardan seleksiya işlərində davamlılıq donor materialı kimi xəstəlik və zərərvericilərə davamlı və tolerant yeni kənd təsərrüfatı bitki sortlarının yaradılmasında istifadə olunması tövsiyə olunur. Azərbaycanda, ilk dəfə olaraq dənli taxıl və paxlalı bitkilərin mədəni və yabanı növlərində Bean leafroll virus, Beet western yellows virus, Chickpea chlorotic stunt virus, Faba bean necrotic yellows virus, Pea seed-borne mosaic virus, Barley yellow dwarf virus və Cereal yellow dwarf virus aşkar edilərək onların nukleotid ardıcıllığı müəyyən edilmişdir. Azərbaycanda yayılmış ərik genotiplərinin şarka xəstəliyinə davamlılığının tədqiqi ilk dəfə molekulyar marker texnologiyasi ilə aparılmış və davamlıq genləri skrininq edilmişdir. Həmçinin armud bitkisində dəmgil (Venturia pirina Aderh.) xəstəliyinə davamlılıq genin də skrininq ilk dəfə olaraq aparılmışdır. |