AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilimizin zənginləşməsi üçün daim islahatlar aparır. 1929-cu ildən 2013-cü ilə qədər sözügedən müəssisə tərəfindən 6 dəfə orfoqrafiya lüğəti yenilənərək nəşr edilib.
Müəssisənin Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru professor İsmayıl Məmmədli bildirib ki, 7-ci dəfə çap olunacaq orfoqrafiya lüğətinə iki mindən çox yeni söz əlavə edilib və ümumilikdə yüz mindən çox sözün olması planlaşdırılır.
Lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.