Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Rusiya alimləri Mendeleyev cədvəlini yenidən tərtib edəcək
09.02.2021 14:30
  • A-
  • A
  • A+

Rusiya alimləri Mendeleyev cədvəlini yenidən tərtib edəcək

Rusiya Nüvə Tədqiqatları İnstitutunun alimləri 2021-ci ildə elementlərin dövri cədvəlinin yeni superağır elementlərini aşkar etmək üçün hazırlıq işlərinə başlayıb. Bu barədə İnstitutun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikov məlumat verib.

"2020-ci ilin dekabrında Dubnada super ağır elementlərin sintezi fabriki adlanan özünəməxsus təcrübələr dövrü başladıldı. Xatırladım ki, son onilliklərdə Dubnada dövri sistemdə 10 yeni element aşkar edilmişdir. 2020-ci ilin dekabrında quraşdırmanı artıq elementlərin sintezi fabrikində kreyser rejimində yeni proqramına daxil etdik. Hədəfimiz, əlbəttə ki, dövri sistemin növbəti, 8-ci dövrünün yeni elementləridir. 2021-ci ildə yeni bir bombardıman nüvəsi və yeni bir hədəfi sınayaraq bu iddialı sınaq üçün bütün hazırlıq işlərini başa çatdıracağıq. Yeni elementlər əldə etməyin mümkünlüyünün birmənalı göstəricisinə çevriləcək eksperimental nəticələr almağı gözləyirik"- Trubnikov TASS-a bildirib.

Sia.az

  • Поделиться: