Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КУЛЬТУРА

Tarix Muzeyində şəhid Xudayar Yusifzadənin hərbi geyimi qorunur
15.02.2021 09:36
  • A-
  • A
  • A+

Tarix Muzeyində şəhid Xudayar Yusifzadənin hərbi geyimi qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin yeni yaradılmış Vətən müharibəsi fondunda daimi saxlanılan materiallardan biri də şəhid Xudayar Yusifzadəyə məxsus hərbi geyimdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid olan bu hərbi mərasim geyimi Radə Qurbanova tərəfindən muzeyə təqdim edilib.

Hərbi geyimin çiyinlərində gizir rütbəsi, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.

Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 15 iyun 1998-ci ildə Bərdə rayonunda anadan olub. 22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

X.Yusifzadənin hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hal-hazırda ölkəmizdə dillər əzbəridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: