Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Manqro meşələri planetimizi qlobal istiləşmədən qoruya bilər
25.02.2021 10:15
  • A-
  • A
  • A+

Manqro meşələri planetimizi qlobal istiləşmədən qoruya bilər

“British Ecological Society journal Functional Ecology” jurnalında dərc olunmuş yeni araşdırmaya görə, manqro meşələri daha çox karbon toplayır.

Çinin Xaynan adasındakı manqro meşələrini öyrənən tədqiqatçılar bu meşələrdəki növ müxtəlifliyinin həm biokütlənin yaranmasına (üzvi maddələrin miqdarı) təsirini, həm də torpağın tərkibində karbonu artırdığını müəyyənləşdiriblər.

Əldə edilmiş məlumatlar problemin təbii həlli kimi manqro meşələrinin biomüxtəlifliyinin qorunub saxlamasını, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasını vacib sayır.

Biomüxtəliflik yaxud bioloji müxtəliflik, yerdəki canlı orqanizmlərin müxtəlifliyini və həyatın dəyişmə dərəcəsini təsvir edən bir termindir. Biomüxtəlifliyə mikroorqanizmlər, bitkilər, heyvanlar və mərcan rifləri, meşələr, səhralar və s. bu kimi ekosistemlər daxildir. Biomüxtəliflik, uca ağaclardan tutmuş mikroskop olmadan görünməyən kiçik birhüceyrəlilərə, yosunlara da aiddir.

Alimlər araşdırma zamanı müəyyənləşdiriblər ki, daha yüksək biomüxtəlifliyi ilə fərqlənən manqro meşələri adanın şərq hissəsində yerləşir.

Bu, bioloji müxtəlifliyin manqro meşələrindəki biokütləyə və karbon toplanmasına müsbət təsirini yoxlamaq üçün intensiv sahə tədqiqatları çərçivəsində aparılan ilk işdir.

Manqro kolluqları tropik regionlarda yaranır və onlar planetin karbonla ən zəngin ekosistemlərindən biridir. Tədqiqatçılar tərəfindən öyrənilmiş biomüxtəlifliyin dünyada 70-dən çox növü mövcuddur ki, onların da 27-si Çinin 26 rayonunda yerləşir.

Tədqiqatçılar yüksək azot tərkibli, kifayət qədər illik yağıntı düşən bölgələrdə manqro ağaclarının daha yüksək biokütləyə və karbon saxlama potensialına malik olduğunu müəyyənləşdiriblər.

Tədqiqatın nəticələri göstərir ki, manqro meşələrinin potensialı nə qədər çox olursa, onların bioloji müxtəlifliyi də çoxalır. Bundan əlavə, bu meşələrin özləri xarici dəyişikliklərə daha davamlıdır və karbon saxlamağı daha yaxşı bacarırlar. Bu cəhətdən manqro meşələrinin biomüxtəlifliyinin qoruması, onlarda iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün çox vacibdir.

AzərTac

  • Поделиться: